Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan qlobal IT yarışında: imkanlar, risklər və strateji prioritetlər- MÜSAHİBƏ

Azərbaycan qlobal IT yarışında: imkanlar, risklər və strateji prioritetlər-  MÜSAHİBƏ

Bakı, 23 fevral, Səbinə Əlizadə, AZƏRTAC

Qlobal miqyasda süni intellektin sürətli inkişafı, IT sektorunun dünya iqtisadiyyatında aparıcı mövqeyə yüksəlməsi və kibertəhlükəsizlik risklərinin artması bu sahədə yeni yanaşmaları zəruri edir. Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının icraçı direktoru Rauf Cabarov AZƏRTAC-a açıqlamasında 2025-ci ildə IT və süni intellekt sahəsində formalaşan əsas trendlərdən, bu proseslərin ölkəmiz üçün yaratdığı imkan və çağırışlardan, eləcə də 2026-cı il üçün müəyyənləşdirilən prioritet hədəflərdən bəhs edib. Müsahibəni təqdim edirik.

 

-Qlobal miqyasda 2025-ci ildə IT sektorunda hansı trendləri müşahidə etdiniz?

-Müasir dövrümüzdə IT sektorunun qlobal trendlərinə yalnız texnoloji nəticələr kimi baxmaq artıq düzgün deyil. Texnologiya sektoru dünya iqtisadiyyatını müəyyən edən amilə çevrilib. Xüsusilə dünyada gedən geosiyasi proseslər prizmasından texnologiya sektorunun rolu xüsusi əhəmiyyət daşıyır. Ümumiyyətlə, IT sektorunun iqtisadi rolu çox sürətlə artır. Məsələn, 2025-ci il ərzində "möhtəşəm yeddilik" adlanan (“Apple”, “Microsoft”, “Nvidia”, “Alphabet”, “Amazon”, “Meta” və “Tesla”) iri IT şirkətlərinin ümumilikdə bazar dəyəri 20 trilyon dollar məbləğini keçib. Ən unikalı “Nvidia” olub ki, 40 faizə yaxın artım göstərib və indi dəyəri 4 trilyon dollardan çoxdur. Bu rəqəmlər texnologiyanın müasir iqtisadiyyatda və sosial həyatda nə qədər böyük rol oynadığını göstərir. Digər tərəfdən blokçeyn texnologiyası və onun törəməsi olan kripto sektoru yeni trend formalaşdırır. Artıq kripto bazarının kapitalizasiyası 4 trilyon dollardan çoxdur. Bu sektorda sürətli institusional proseslər gedir. Əlbəttə, son illərin digər vacib trendi süni intellektdir ki, gündəlik iş həyatımıza təsirini bir çox məqamlarda görə bilirik. Xüsusilə yeni texnologiyalar kiberhücumların formasının və miqyasının sürətlə dəyişməsinə şərait yaradır.

-Süni intellektin qlobal iqtisadiyyata təsirini necə qiymətləndirirsiz?

-Ötən il süni intellekt (Sİ) fərqli inkişaf istiqamətləri formalaşdırdı. Tətbiq sahəsinə gəldikdə, Sİ bir tərəfdən iri şirkətlərin gəlir və kapital artımı alətinə çevrilir, digər tərəfdən fərdi şəxslərin gündəlik assistenti rolunu oynayır. Həmçinin Sİ-nin miqyası da dəyişib. Şirkətlər, xüsusilə IT sektoru öz Sİ alətləri ilə ciddi rəqabətə girirlər. Amma burada vacib məqam var. Bu rəqabət, həmçinin özündə çoxlu əməkdaşlıq və tərəfdaşlıqları nəzərdə tutur. Korporativ müstəvidə gedən proseslərə paralel olaraq, fərqli ölkələrin Sİ məsələsində milli ekosistem qurmağa başladığının şahidi oluruq.

Süni intellektin iqtisadi təsirini xüsusi qeyd etmək lazımdır. 2026-cı ildə Sİ-nin növbəti qlobal iqtisadi böhran yarada biləcəyi ilə bağlı çoxlu fikirlər var. Sİ ilə məşğul olan şirkətlərin, xüsusilə IT nəhənglərin gəlirlərinin və kapitallaşma səviyyəsinin nə qədər ciddi artdığını gördükdə süni intellektin növbəti "Dot-com" (1995-2001) böhranı olacağı düşüncəsi tez-tez eşidilir. Hesab edirəm ki, Sİ “iqtisadi köpük” deyil və onun səmərəli və məhsuldar təsirini aşkar görürük. Qəbul etməliyik ki, Sİ-nin real iqtisadiyyata təsirinin rəqəmlərlə təsviri tam aydın deyil. Korporasiyalar öz işlərində Sİ tətbiq edirlər, amma bunun iqtisadi təsiri barədə hələlik hesabatlar mövcud deyil. Bununla belə, bəzi rəqəmlər diqqətəlayiqdir. Məsələn, “ChatGPT”nin sahibi “open.ai” şirkətinin hesabatına əsasən “Nvidia” şirkətinin 30 min işçisi Sİ həllərindən gündəlik əsaslarla istifadə edir. “Copilot” (Microsoft), “Gemini” (Google), “LlaMA” (Meta), əlbəttə “ChatGPT” və “DeepSeek” kimi ucuz və sadə alternativlərlə süni intellektin iş həyatına inteqrasiyası davam edəcək. Artıq bütün axtarış sistemlərində belə Sİ dəstəkli axtarış motorlarını görürük.

Süni intellekt həm də kadr ehtiyacları, xüsusilə proqramlaşdırma sahəsində vəziyyəti dəyişir. “Vibe-coding” anlayışı ortaya çıxır. Bu gün artıq heç bir təcrübəsi olmayan şəxs proqram yaza bilir və bu kodu redaktə edir. Məsələn, “Courser” kimi alətlər çox maraqlı kodlaşdırma üzrə avtomatlaşdırma imkanları verir. Sadəcə tapşırıq verməklə kod yazılır. Bu imkanlar gənc kadrlar üçün bazara rahat giriş imkanı yaratmaqla yanaşı, digər tərəfdən gənc mütəxəssisləri çox rahatlıqla Sİ ilə əvəz etmək imkanı verir. Bu məqamlar əmək bazarına yaxın illərdə ciddi təsir göstərəcək və çox ciddi təhlillərə ehtiyac duyulur.

Həmçinin dünya ölkələrinin Sİ üzrə strateji olaraq, "qaç-qov" prosesinə necə sürətlə qoşulduğunu gördükdə milli rəqabətin daha kəskin mərhələyə keçdiyini söyləmək olar.

-Süni intellektin 2026-cı ildə ölkəmiz üçün hansı perspektivlər yaradacağını düşünürsünüz?

-Ümumiyyətlə, regionda gedən geosiyasi proseslərin ölkəmizin qlobal IT sektoruna daha sıx inteqrasiyası üçün münbit şərait yaratdığını görürük. “Tramp marşrutu” (Zəngəzur dəhlizi) bu prosesə böyük ehtimalla xüsusi dəstək verəcək. ABŞ Vitse-prezidenti Cey. Di. Vensin ölkəmizə və sülh prosesində olduğumuz Ermənistana səfəri bu kontekstdə çox əlamətdar hesab edilməlidir. ABŞ-nin bizim regionda sülhün tərəfdaşı olması ölkəmizə çox üstünlüklər verə bilər. Sİ üzrə əksər aparıcı tərəflər ABŞ şirkətləridir. Biz texnoloji sahədə uzun illər münaqişə səbəbindən əldə edə bilmədiyimiz regional “Tech Hub” imkanlarını reallaşdıra bilərik. Məsələn, nüfuzlu IT vendorlar baxımından bizim ölkədə regional mərkəz statusu olmayıb. Artıq vəziyyət dəyişmək üzrədir. Regionun bütün ölkələri ilə sabit sülhün olması bizə bu fürsəti yaradır.

Həmçinin dünyada qloballaşmadan regional güc mərkəzlərinə keçid artıq bir reallıqdır. Bu baxımdan regionda güclənməyimiz və texnoloji regional mərkəz yaratmağımız çox real görünür. Digər tərəfdən regionumuzda olan vəziyyət nə qədər kəskin rəqabətin getdiyini nümayiş etdirir. Qonşu ölkələrdə Sİ sektoruna xarici investisiyaların kəskin artımı müşahidə olunur. 2026-cı ildə artıq real xarici investisiyalar elan edilib. “Nvidia” və “Telegram” kimi nəhəng IT şirkətlərin iştirakı rəsmiləşdirilib. Ölkəmiz bu istiqamətdə müəyyən addımlar atmağa başlayıb. Biz artıq Sİ strategiyamızı elan etmişik və dünyada strateji tərəfdaşlar ilə danışıqlara başlamışıq. Reallıq göstərir ki, strateji tərəfdaş olmadan böyük uğur qazanmaq çox çətindir.

Ölkəmiz üçün üstünlük Sİ inkişafında data mərkəzlər və enerji məsələsinin vacib amil olmasıdır. Data mərkəzlər üçün ucuz enerji və soyutma tələbləri bir sıra yeni texnoloji coğrafi məkanlara ehtiyac yaradır. Bu prizmadan ölkəmiz üçün çox maraqlı imkanlar açılır. Həm ucuz enerji resursları, həm də coğrafi üstünlüklər bizə regional Sİ mərkəzi olmağa şərait yarada bilər.

-Kibertəhlükəsizlik sahəsində dünyada və ölkəmizdə gedən prosesləri necə qiymətləndirə bilərik?

-Son illər göstərir ki, internet infrastrukturu artıq “kritik milli aktiv”dir. "Kibersuverenlik" mövzusu ciddi trend olmağa başlayıb. Hamı özünün milli kibertəhlükəsizliyi üçün yeni üsullar tapmağa çalışır. Qlobal internet kəsintiləri və infrastruktur problemlərinin ciddi təsirləri üzə çıxır. Son illər beynəlxalq IT həllər ucbatından kəsintilər yaranır və bu, enerji, nəqliyyat və digər kritik infrastrukturlara təsir edir. Məsələn, keçən il “Cloudflare”də olan problemlər səbəbindən xidmət alan minlərlə sayt və platformanın dayanması baş verdi. 2025-ci ildə süni intellektlə gücləndirilmiş kiberhücumlar DDoS həcmini rekord səviyyəyə yüksəltdi. Yeni nəsil APT hücumların (“Advanced Persistent Threats” – red.) artması müşahidə olunur. Bu hücumlar uzunmüddətli, məqsədli olmaqla yanaşı, xarici dövlət və ya güclü kiberqrupların dəstəyi ilə həyata keçirilir. APT vasitəsilə strateji məlumatların ələ keçirilməsi, dövlət qurumlarına və kritik infrastruktura sızmaq məqsədi güdülür. 2025-ci ildə “DeFi” (“decentralized finance” – red.) və kriptokibertəhlükəsizlik hadisələri ciddi artıb. Görünən odur ki, bu tendensiya davam edəcək. Hakerlər, ümumiyyətlə, maliyyə sektorunda yaxşı və rahat qazanc görürlər. Son vaxtlar bir çox hadisələrdə böyük miqdarda kripto oğurluqları baş verib.

Ölkəmizin kibertəhlükəsizlik üzrə mövcud durumunu təhlil etdikdə hibrid xarakterli kibertəhdidlərin artması və kiberhücumların miqyasının genişlənməsini görmək mümkündür. “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə Prezident İlham Əliyev bu məsələni xüsusi vurğuladı.

Həqiqətən milli kibertəhlükəsizliyin qorunması baxımından son illər çoxsaylı strateji işlər görülüb. Nümunə olaraq qeyd edim ki, kibertəhlükəsizlik ekosistemi üçün qanunvericilik və GRC (Hüquq, Risk və Uyğunluq - red.) müstəvidə çoxlu dəyişikliklər baş verib. Çünki kibertəhlükəsizlik və kibertəhdidlərdən qorunma yalnız texniki məsələ deyil. Burada qoyulan qanunvericilik tələbləri xüsusi rol oynayır. Bir neçə dəyişikliyi xüsusi vurğulamalıyam. Çünki bu prosesdə Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) üzvləri də sıx fəaliyyət göstərir. Kritik informasiya infrastrukturunun təhlükəsizliyi baxımından son yeniliklərə əsasən, kibertəhlükəsizlik xidmət provayderi anlayışı formalaşıb və burada dövlət-özəl tərəfdaşlığının bir nümunəsi olaraq, kibertəhlükəsizlik şirkətləri xidmət provayderi olaraq, bu proseslərə cəlb edilir. Bu, həm kibertəhlükəsizlik sahəsində özəl şirkətlərimizin güclənməsinə, həm də ölkəmizin böyükmiqyaslı kritik infrastrukturunun kibertəhlükəsizlik baxımından qorunmasında daha çox peşəkarın cəlb edilməsinə şərait yaradır. AKTA üçün potensial kibertəhlükəsizlik xidmət provayderlərinin assosiasiya üzvü olması çox vacibdir. Hesab edirəm ki, ölkəmizdə fəaliyyət göstərən əksər kibertəhlükəsizlik şirkətlərinin AKTA üzvü olması vahid keyfiyyət standartlarının qorunması və dayanıqlı kibertəhlükəsiz xidmət ekosisteminin qurulmasına ciddi töhfə verir. Hesab edirəm ki, kibertəhlükəsizliyə məsul olan dövlət qurumların səyi ilə yanaşı, həm də AKTA və onun üzvü olan peşəkar şirkətlərin fəaliyyəti nəticəsində 2025-ci ildə ölkəmizdə heç bir ciddi kibertəhlükəsizlik hadisəsi baş verməyib.

-Assosiasiya tərəfindən 2026-cı ildə hansı işlər planlaşdırılıb və bu işlərin nəticəsində qarşınıza hansı məqsədlər qoymusunuz?

-Ənənəmizə sadiq qalaraq, hər il geniş fəaliyyət planı əsasında çalışırıq. Bu gün 60 üzv şirkət və 110 ekspert ilə birlikdə ölkəmizin güclü kibertəhlükəsizlik ekosistemi üçün zəruri işlər görülür. Planlarımız çərçivəsində kadr hazırlığına dəstək və maarifləndirmə əsas işlər sırasında yer alıb. Dövlətimizin başçısının informasiya texnologiyaları sahəsində kadr hazırlığına diqqət cəlb etməsi, xüsusilə yeni nəslin hazırlığı baxımından orta məktəblərdə şagirdlərə ilkin biliklərin aşılanması üçün tədris proqramına da müəyyən dəyişikliklərin edilməsinin vacibliyi səbəbindən bu sahəyə önəmli diqqətimizi davam etdirəcəyik. Məktəblilərin erkən yaşlardan maariflənməsi üçün işlərə artıq bir neçə ildir başlamışıq. Cari ildə Elm və Təhsil Nazirliyinin dəstəyi ilə AKTA tərəfindən “İnformatika müəllimlərinin və şagirdlərin informasiya təhlükəsizliyi üzrə inkişaf proqramı” layihəsi həyata keçiriləcək. Layihə çərçivəsində informatika müəllimləri üçün ixtisasartırma və maarifləndirici təlimlər, şagirdlər üçün praktik məşğələlər və interaktiv sessiyalar, informasiya təhlükəsizliyi mövzusunda metodiki vəsaitlərin hazırlanması nəzərdə tutulur. Öncəki illər tərəfdaşların birgə səyi ilə hazırlanan materiallar, dərslik və videoməzmun artıq bütün məktəblilərin və tələbələrin istifadəsinə verilib. 2023-cü ildən 20 ali təhsil müəssisələrində yaratdığımız “Kiber Klublar” vasitəsilə informasiya təhlükəsizliyi ixtisasında təhsil alan gənclərə ekspert dəstəyi, seminar və master-klaslar, təlim, CTF yarışları və təcrübə proqramları ilə dəstəyimizi davam etdirəcəyik. Məqsəd tələbələrin təhsilinin ilk dövründən praktik biliklər qazanmasına yardımçı olmaqdır.

Ənənəvi olaraq, fərqli formatlı tədbirlərimizlə kibertəhlükəsizlik sahəsinin müxtəlif mövzularında müzakirələrin təşkil 2026-cı ildə davam etdiriləcək. Həm biznes-forumlar, həm də elmi konfranslarla dövlət, özəl və akademik sektorun birgə müzakirələrini təşkil edəcəyik. Kritik informasiya infrastrukturun kibertəhlükəsizliyi baxımından dövlət qurumları və üzvlərimiz olan özəl şirkətlərlə görüşlər keçirərək, ortaya çıxan sualları müzakirə edəcəyik. Hesab edirəm ki, burada süni intellekt mövzusuna da xüsusi yer ayırmaq lazımdır. Həmçinin öncəki illər start verdiyimiz Kiber Diaspor təşəbbüsü çərçivəsində xaricdə yaşayan kibertəhlükəsizlik mütəxəssisləri ilə əlaqələrimizi inkişaf etdirəcəyik.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb

Türk Dövlətləri Mühasibat və Audit Peşə və Tənzimləyici Qurumları Birliyinin yaradılması iqtisadi inteqrasiyanı gücləndirəcək - MÜSAHİBƏ

Cənub-Şərqi Avropanın biznes və texnologiya liderləri Buxarestdə bir araya gəlib

Azərbaycana sərmayələrin artması ölkədəki iqtisadi sabitliyi göstərir ŞƏRH

Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir

Nərgiz Cabbarlı: Xaqani irsinin daha dərindən tədqiqinə və geniş təbliğinə ehtiyac var

Azərbaycan nümayəndə heyəti Çində pambıqçılıqda innovativ əkin və avtomatlaşdırılmış yığım texnologiyaları ilə tanış olub

Fransada lisey şagirdlərinin etirazları genişlənir

HTP qalibi: Mərakeşdə psixologiya üzrə təhsil alacaq ilk azərbaycanlı tələbə olacağam

Naxçıvanda alternativ və bərpaolunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı artıb

Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub

Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub

Kreml: Rusiya İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmayacağına ümid edir

Üçrəngli Bayrağımızı Talış kəndində sancan şəhid

Azərbaycanlı sürrealist rəssamın əsərləri İspaniyanın "People Art Factory" layihəsində

Millinin futbolçusu: Şotlandiya ilə oyunda xal və ya xallar qazanmaq üçün əlimizdən gələni edəcəyik

Tədqiqatçılardan xəbərdarlıq: İnformasiya müxtəlifliyi azala bilər

Sərdar Ünsal: 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsidir

Kimya İnstitutunda hidrogen enerjisi və yeni nəsil materiallar üzrə tədqiqatlar aparılır

Qlobal investorların İkinci Beynəlxalq Forumda iştirakı ölkəmizin investisiya mühitinə etimadı artırır

Avropada qaz anbarlarının doluluq nisbəti ilin bu dövrü üçün ən aşağı səviyyədədir

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Qazaxıstan ordu haqqında sosial şəbəkələrdə yayılan feyk kadrları təkzib edib

® Gömrük və səhiyyə işçilərinin davranış standartları barədə danışılıb

Soner Kılıç: Azərbaycan-Türkiyə turizm əməkdaşlığının genişləndirilməsi yeni iqtisadi imkanlar yaradır

Bu il su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması istiqamətində görülmüş işlər açıqlanıb

Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib

Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb

Süni mayalanma və embrion köçürülməsi ilə əldə edilən buzov və balağlara görə yeni subsidiya mexanizmi tətbiq olunur

FIFA prezidenti Bakıda U-15 dünya çempionatı və festivalına hazırlıq işləri ilə tanış olub

Bakı ilk dəfə CAMCA Regional Forumuna ev sahibliyi edəcək

Azərbaycanın investor rolunun güclənməsi xarici siyasət üçün də əlavə alətlər yaradır - ŞƏRH

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA

Azərbaycan dili Sofiyada keçirilən Dillər Yarmarkasında təqdim olunub

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Paytaxtın bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

AZAL-ın ixrac gəlirləri açıqlanıb

® Azərbaycanın kibertəhlükəsizlik üzrə komandası ilk dəfə “WorldSkills Shanghai 2026”da medal qazanıb

Dayanıqlı inkişaf və gələcəyin yaşıl şəhərləri: BDU-da gənclərin forumu

Professor: Tədqiqatların real sektora tətbiqi üçün əlaqələndirici mexanizmlərin gücləndirilməsinə ehtiyac var

Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib VİDEO

Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib VİDEO

“AzərEnerji”nin ixrac gəlirləri 66 faiz artıb

“AzerGold”un ixrac gəlirləri 22 faiz artıb

NTD üç yerli basketbolçu transfer edib

Azərbaycanın qızıl ixracından gəlirləri 29 faizədək artıb

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

Gömrük əməkdaşları 4 milyon dollarlıq brilyant qaşların Azərbaycana qanunsuz gətirilməsinin qarşısını alıb

Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq

BDU-da tələbələr üçün CPR və ilkin yardım üzrə sessiya təşkil edilib

Vətən müharibəsi Azərbaycanın beynəlxalq nüfuzunu yeni mərhələyə qaldırdı - ŞƏRH

SOCAR-ın idarəsi 207 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib

Argentina Folklend adalarında neft kəşfiyyatı aparan Britaniyanı məhkəməyə verəcək

“Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb

Gənc alim: Çin-Azərbaycan ədəbi əlaqələri humanitar dialoqun dərinləşdirilməsinə töhfə verir

“SOCAR Polymer”in ixrac gəlirləri açıqlanıb

Fransada dövlət sektorunda ümummilli tətil keçirilir

Mövcud potensialı daha çox qeyri-neft sektoruna yönəltmək iqtisadi şaxələndirməni sürətləndirəcək - ŞƏRH

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün ölkəmizə gətirilib

NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib

Akşin Əlili: Sudaboğulma hadisələri qeyri-çimərlik ərazilərində baş verib

ADA Universitetində şanlı Zəfər tariximiz “Zəfər rəqsi” filminin nümayişi ilə anılıb

UEFA Millətlər Liqası: Azərbaycan – Lixtenşteyn oyunu avstriyalı hakimlərə tapşırılıb

Bu il subasma səbəbindən köməksiz vəziyyətdə qalan 1351 vətəndaş təxliyə olunub

Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib VİDEO

Türkiyənin TPAO şirkəti gündəlik neft hasilatını 1 milyon barelə çatdırmağı planlaşdırır

Dizelin qiymətindəki artım istehsal və daşınma zəncirinin bütün mərhələlərinə təsir göstərir

Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar

Bu il FHN-in xilasetmə qurumları tərəfindən 64 nəfərin cəsədi suda tapılıb

Azərbaycan və Qazaxıstan beynəlxalq təhsil proqramları sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycanın maliyyə bazarlarının beynəlxalq maliyyə sisteminə inteqrasiyasının təşviqi nəzərdən keçirilib

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 29 sentyabr

“Xalqın Gücü” partiyasının üzvü: Dünya Bankı və AİİB Orta Dəhliz çərçivəsində Gürcüstana yüz milyonlarla dollar ayırır

Lənkəranda sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub

TÜMER sədri: Azərbaycan Türk dünyasının birliyinin əsas aktorlarından biridir

Dövlət Xidmətinin rəsmisi: Bu il su hövzələrində xilas edilənlərin sayı artıb

Azərbaycanda “Cisco” akademiyasının yaradılması nəzərdən keçirilir

Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır

“Open AI” təhlükəsizlik problemi səbəbindən süni intellektin yeni modelinin buraxılışını təxirə salıb

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı regionların sosial-iqtisadi inkişafına yeni imkanlar açacaq - ŞƏRH

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb VİDEO

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb VİDEO

İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir

BMT: Maliyyə böhranı 8,3 milyon qaçqın və məcburi köçkünü yardımdan məhrum edə bilər

NASA “Boeing Starliner” kosmik gəmisinin pilotlu uçuşunu 2028-ci ilə planlaşdırır

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb

Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

Sülhün təminatı xarici sərmayəni artıracaq - ŞƏRH

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır VİDEO

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır VİDEO

Formula 1 Azərbaycan Qran-Prisinin 2025-ci il qalibinə “Azərxalça”nın xalçası təqdim olunub

Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyəcək

Folklor İnstitutu “Zəfər salnaməsi: qəhrəmanlıq və milli yaddaş” mövzusunda tədbir təşkil edib

Ekspert: Süni intellekt Azərbaycan şirkətləri üçün strateji alətə çevrilir

“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub

Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır