Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN BƏYANATI

Azərbaycan Respublikasının parlamenti Fransa Respublikasının Milli Məclisində “erməni soyqırımı”nın inkar edilməsinə görə cəza müəyyən edən qanun layihəsinin qəbul olunmasından dərin təəssüf və narahatlıq hissi keçirdiyini bildirir. Tarixi həqiqətlərə zidd olan bu ədalətsiz aktın qəbul olunması ifrat erməni millətçilərinin mənafelərinə qulluq edən ayrı-ayrı siyasi qrupların və etnik lobbiçilərin öz məqsədlərinə nail olmaq üçün hətta Fransanın dövlət maraqlarını tapdalamağa hazır olduqlarını göstərir.

Demokratik prinsiplərə, insan hüquqlarına və azadlıqlarına, xüsusən söz və fikir azadlığına hörmətsizliyin bariz ifadəsi olan bu qanun layihəsinin Fransa parlamentinin aşağı palatası tərəfindən qəbul edilməsi dünyada ikili standartların mövcudluğuna dair fikirləri təsdiqləyir. Təqribən 90 il əvvəl baş verdiyi iddia olunan hadisələr barəsində üçüncü bir ölkənin parlamenti tərəfindən siyasi hökm çıxarılması vəziyyətin onsuz da gərgin olduğu Cənubi Qafqaz bölgəsində yeni problemlər yarada bilən yanlış addım kimi qiymətləndirilir.

Yüz ildən çoxdur ki, türk xalqları ifrat erməni millətçilərinin fiziki və mənəvi terrorundan, işğalçılıq və soyqırımı siyasətindən əziyyət çəkirlər. Qonşu xalqlara qarşı ərazi iddialarına və bunun vasitəsi kimi seçdikləri etnik təmizləmə siyasətinə haqq qazandırmaq üçün ifrat erməni millətçiləri guya 1915-ci ildə Osmanlı Türkiyəsi tərəfindən soyqırımına məruz qaldıqları barədə uydurmalara istinad etməyə çalışırlar. Halbuki elmi həqiqətlərə sadiq qalan tədqiqatçı alimlər, o cümlədən Avropa alimləri tarixdə heç bir erməni soyqırımının baş vermədiyini çoxdan sübuta yetirmişlər. Qondarma “erməni soyqırımı” xəstə təxəyyülün məhsuludur və saxta sənədlərə əsaslanır. Bu yaxınlarda Türkiyədə Osmanlı dövrünə aid arxivlərin açılması, arzu edən hər kəsin, o cümlədən erməni alimlərinin və siyasətçilərinin XX əsrin əvvəlləri ilə bağlı tarixi sənədlərlə tanış olmağa dəvət edilməsi, lakin erməni tərəfinin sağlam elmi polemikadan imtina etməsi “erməni soyqırımı” uydurmasının ayaq tutmasına çalışanların iç üzünü açıb göstərir.

Əslində XIX əsrin sonlarından etibarən çar Rusiyasının gizli və açıq himayəsindən istifadə edən ifrat erməni millətçiləri müasir Türkiyə Respublikasının ərazisində və Cənubi Qafqazda kütləvi terror aktları və qırğınlar törədərək yüz minlərlə günahsız türkü və azərbaycanlını vəhşicəsinə qətlə yetirmiş, saysız-hesabsız yaşayış məntəqəsini viran qoymuş, qədim mədəniyyət abidələrini, qəbiristanları yerlə-yeksan etmiş, bu ərazidə türk varlığının bütün nişanələrini məhv etməyə çalışmışlar.

1905-1907-ci, 1918-1920-ci illərdə İrəvanda və Zəngəzurda (indiki Ermənistan Respublikası ərazisində), Tiflisdə, Azərbaycanın paytaxtı Bakıda, Azərbaycan şəhərlərindən Naxçıvanda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, habelə Qarabağda, Muğanda və digər yerlərdə, Birinci dünya müharibəsi illərində Şərqi Anadoluda – Ərzurumda, Qarsda, Ərdəhanda, Adanada dinc əhaliyə amansızcasına divan tutulmuşdur. 1918-ci il mart ayının axırlarında təkcə Bakı şəhərində 30 mindən çox azərbaycanlı soyqırımının qurbanı olmuşdur.

Qeyd etmək lazımdır ki, 1918-ci ilin qanlı hadisələri zamanı Gəncədə, Oğuzda, Qubada və Azərbaycanın digər bölgələrində azərbaycanlılarla birlikdə, 3 minə qədər yəhudi də erməni quldur dəstələri tərəfindən vəhşicəsinə qətlə yetirilmişdir.

Erməni şovinistlərinin soyqırımı cinayətlərinin cəzasız qalması, bu cinayətlərə heç bir siyasi-hüquqi qiymət verilməməsi sovet hakimiyyəti dövründə də bizim xalqımıza qarşı düşmənçilik siyasəti yeridilməsinə gətirib çıxarmışdır. SSRİ rəhbərliyinin köməyi ilə Ermənistan SSR-in hakim dairələri 1948-1953-cü illərdə, habelə 1988-1989-cu illərdə Ermənistan ərazisindən yarım milyona yaxın azərbaycanlının deportasiya edilməsinə, yaxud qovulmasına nail olmuşlar. Zorakılıq hərəkətləri zamanı yüzlərlə azərbaycanlı etnik mənsubiyyətinə görə öldürülmüşdür.

Fransa Milli Məclisi bilməmiş deyildir ki, Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağı ilhaq edib Ermənistana birləşdirmək niyyəti ilə 1988-ci ildə başlanan işğalçılıq müharibəsi və etnik təmizləmə siyasəti nəticəsində Azərbaycan Respublikası ərazisinin 20 faizi işğal olunmuş, 1 milyondan çox azərbaycanlı doğma yurdlarından qovulub didərgin salınmış, 18 mindən çox azərbaycanlı qətlə yetirilmiş, 20 mindən çox dinc sakin yaralanmış, 50 mindən çox adam əlil olmuş, 4 mindən çox adam əsir və itkin düşmüş, girov götürülmüş, 877 şəhər, kənd və qəsəbə qarət edilmiş, dağıdılmış və yandırılmışdır.

İşğalçılıq müharibəsinin gedişində ifrat erməni millətçiləri azərbaycanlı əhaliyə qarşı dəhşətli soyqırımı cinayətləri törətmişlər. Dağlıq Qarabağın azərbaycanlılar yaşayan kəndlərindən 15-nin işğalı zamanı həmin yaşayış məntəqələri əhalisinin bir hissəsi qabaqcadan hazırlanmış plan əsasında xüsusi amansızlıqla qətlə yetirilmişdir.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Respublikasının hərbi birləşmələri və Dağlıq Qarabağdakı erməni terrorçu dəstələri komanda heyətinin əsas hissəsi milliyyətcə erməni olan keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə azərbaycanlılar yaşayan Xocalı şəhərinə hücum edərək bəşər tarixində ən böyük müsibətlərdən biri olan müdhiş soyqırımı aktı törətmişlər. Heç bir hərbi zərurət olmadan Xocalı şəhəri tamamilə yandırılmış və məhv edilmiş, 613 nəfər dinc azərbaycanlı, o cümlədən 63 uşaq, 106 qadın vəhşicəsinə öldürülmüş, 487 nəfər şikəst edilmiş, 1275 sakin – qocalar, uşaqlar, qadınlar girov götürülərək ağlasığmaz təhqirlərə, zülmə və həqarətə məruz qalmışlar.

Mühasirədən çıxıb xilas olmağa çalışan dinc sakinləri yollarda, meşələrdə pusqu quran erməni hərbçiləri xüsusi amansızlıqla qətlə yetirmişlər. Erməni hərbçiləri vəhşicəsinə öldürdükləri insanların başlarının dərisini soymuş, müxtəlif əzalarını kəsmiş, körpə uşaqların gözlərini çıxarmış, hamilə qadınların qarınlarını yarmış, adamları diri-diri torpağa basdırmış və ya yandırmışlar.

Xocalı şəhərində və azərbaycanlıların digər yaşayış məntəqələrində törədilmiş qanlı cinayətlərin xarakteri və miqyası bu soyqırımı aktlarının BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada ifadə olunmuş tərifə tam uyğun gəldiyini sübut edir. Qabaqcadan planlaşdırılmış bu kütləvi və amansız qırğın aktları həmin ərazidə yaşayan insanları məhz azərbaycanlı olduqlarına görə tamamilə məhv etmək niyyəti ilə törədilmişdir. Azərbaycanın işğal edilmiş digər şəhər və kəndlərinin sakinləri soyqırımından yalnız yaşayış məntəqələrini erməni hərbi birləşmələrinin hücumu ərəfəsində tərk etmələri sayəsində xilas ola bilmişlər.

On beş ildən çoxdur ki, Azərbaycan erməni terrorizminin hədəfinə çevrilmişdir. Ermənistanın ölkəmizə təcavüzünün başlandığı vaxtdan erməni terrorçu təşkilatları Azərbaycana qarşı 32 terror aktı törətmişlər. Bu terror aktlarının birbaşa nəticəsi kimi 2 mindən çox Azərbaycan vətəndaşı həlak olmuş, on minlərlə adam yaralanmışdır.

Son yüz ildən artıq dövrdə ifrat erməni millətçilərinin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərin qurbanı olmuş günahsız insanların xatirəsinə ehtiram əlaməti olaraq hazırda bizim ölkəmizdə 31 mart günü azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Azərbaycan Respublikasının Milli Məclisi bu məsələ ilə əlaqədar dəfələrlə xüsusi bəyanatlar və müraciətlər qəbul etmiş, beynəlxalq təşkilatlardan, dünya ölkələrinin parlamentlərindən və hökumətlərindən XIX-XX əsrlərdə erməni millətçiliyinin və onun havadarlarının azərbaycanlılara qarşı törətdikləri soyqırımı cinayətlərini tanımağı, gələcəkdə bu cür cinayətlərin cəzasız qalmasının qarşısını almaqdan ötrü təsirli beynəlxalq hüquq mexanizmlərinin yaradılması işini tezliklə başa çatdırmağı, azərbaycanlılara qarşı yeni soyqırımı cinayətlərinə yol verilməməsi üçün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla ədalətli həllinə kömək göstərməyi xahiş etmişdir.

Fransa Milli Məclisinin açıq-aşkar ədalətsiz aktının məhz belə bir vəziyyətdə qəbul edilməsi müəyyən mənada heyrət doğurur. Görünür, Fransa parlamentinin aşağı palatasının ifrat erməni millətçilərinin XX əsrin əvvəllərinə aid iddialarını və uydurmalarını qəbul etdiyi halda müasir dövrdə apardıqları işğalçılıq müharibəsinə və bu zaman azərbaycanlılara qarşı törətdikləri soyqırımına, terrora və etnik təmizləmə siyasətinə göz yumması onun ermənipərəst qərəzli mövqedə dayandığını sübut edir. Belə bir şəraitdə qəribə deyildir ki, Ermənistan Respublikası bölgədə sülhün, sabitliyin və qarşılıqlı anlaşma mühitinin bərqərar edilməsinin tərəfdarı olduğunu sözdə bəyan etsə də, əslində beynəlxalq hüquq normalarını və ATƏT-in təməl prinsiplərini kobudcasına pozur. Qonşu ölkələrə qarşı ərazi iddialarının irəli sürülməsi ifrat erməni millətçilərini daim xaricdə özlərinə düşmən axtarmağa vadar edir. Məhz buna görə Fransa parlamentinin aşağı palatasında ifrat erməni millətçilərinin bu destruktiv mövqeyinə haqq qazandıran, Cənubi Qafqaz bölgəsində gərginliyin artmasına gətirib çıxara bilən qanun layihəsinin qəbul edilməsi bizdə bu qədər narahatlıq və hiddət doğurur.

Ərazisinin böyük bir hissəsinin işğal altında olmasına, əhalisinin hər səkkiz nəfərindən birinin qaçqın düşərək çadır şəhərciklərində ağır vəziyyətdə yaşamasına baxmayaraq, Azərbaycan Respublikası Ermənistan Respublikasının təcavüzünün nəticələrinin sülh yolu ilə aradan qaldırılması prinsipinə sadiqdir. Məlum olduğu kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi məqsədi ilə aparılan sülh danışıqlarında ATƏT-in Minsk qrupu vasitəçilik səyləri göstərir. Fransa Respublikası həmin qrupun üç həmsədrindən biridir. Münaqişənin hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normaları əsasında, o cümlədən dövlətlərin ərazi bütövlüyünə riayət olunması şərti ilə ədalətli şəkildə nizama salınması məsələsində biz həmsədrlərin obyektiv mövqeyinə, ölçülüb-biçilmiş tarazlı siyasətinə çox ümid bəsləyirik.

Fransadan Ermənistanla Azərbaycan arasında danışıqlar prosesinə kömək göstərən tədbirlər gözlədiyimiz bir zamanda, təəssüf ki, bu ölkənin qanunvericilik orqanı erməni şovinistlərinin yalan təbliğatına uyaraq tarixi həqiqətdən uzaq olan bir akt qəbul etməyi özünə rəva görmüşdür. Bu hərəkəti ilə Fransanın Milli Məclisi nəinki öz obyektivliyini şübhə altına alır, həm də Cənubi Qafqaz bölgəsində sülh və sabitliyin bərqərar edilməsi səylərinə kömək göstərməyə çalışan Fransa diplomatiyasını ağır vəziyyətə salmış olur.

Azərbaycan Respublikasının Milli Məclisi ifrat erməni millətçi qruplarının və onların havadarlarının öz çirkin siyasi niyyətlərinə nail olmaqdan ötrü təşviqat vasitəsinə çevirdikləri “erməni soyqırımı” barədə yalanın Fransa parlamentində bu dəfə antidemokratik qanun layihəsi şəklində dəstəklənməsindən hiddətləndiyini qeyd edərək, Cənubi Qafqaz bölgəsində sülh və sabitliyin bərqərar edilməsi səylərini çətinləşdirəcək bu üzdəniraq aktın arxasında dayanan ədalətsizliyi qəbul etmədiyini bildirir.

Azərbaycan xalqının iradəsini ifadə edən Azərbaycan parlamenti Fransa Milli Məclisində ədalətsiz aktın qəbul edilməsinə qəti etirazını bildirir və onun qüvvəyə minməsinin qarşısını almaq üçün Fransa Senatının təsirli addımlar atmasını gözləyir.

(Bəyanat Azərbaycan Respublikası Milli Məclisinin

2006-cı il 13 oktyabr tarixli iclasında qəbul edilmişdir).

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib

Bu saata olan əsas xəbərlər

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

“Environmental Protection First” koalisiyası COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

Prezident İlham Əliyevin mesajları Qərb institutlarına ciddi xəbərdarlıq idi ŞƏRH

Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur

“Təxəyyülün köçəri ocağı”: Keçmişin izləri müasir incəsənətdə

Azərbaycanlı xanım fermer FAO-nun “100 Qadın Qəhrəmanı”ndan biri seçilib

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Sabitlik və milli həmrəylik Azərbaycanın qarşıya qoyduğu strateji hədəflərə çatması üçün əsas şərtdir

Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə Komitənin kollektivinə və paralimpiyaçılara

Gəncə Dövlət Universitetində Müstəqilliyin Bərpası Günü qeyd edilib

Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər

Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir

Vətən müharibəsi qazisi: Vətənə sevgi, dövlətə sədaqət və milli birliyimizin qorunması hər birimizin məsuliyyətidir

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Dövlət Statistika Komitəsi son illərdə 212 mindən çox nəzarət markası sifariş edib

Mədəniyyət naziri Adil Kərimli Füzuli şəhərində vətəndaşların müraciətlərini dinləyib

Taleh Kazımov: 2027-2030-cu illərin iqtisadi gündəliyindəki struktur islahatlar şaxələndirmənin miqyasını və sürətini müəyyən edəcək

Azərbaycan regionda sülhün və sabitliyin təmin olunmasında mühüm rol oynayır - ŞƏRH

ICESCO-nun Bakı Regional Ofisi 12-ci Beynəlxalq Kitab Sərgisində xüsusi pavilyonla təmsil olunacaq

218 nömrəli yeni marşrut xətti istifadəyə verilir

Mərkəzi Bank 2026-cı və 2027-ci illər üzrə inflyasiya proqnozlarını açıqlayıb

BDU Özbəkistanın 9 universiteti ilə əməkdaşlığa başlayır

Taleh Kazımov: Bu il strateji valyuta ehtiyatımız 700 milyon dollar artıb

Nurcan Kelbuqanov: TBNM müasir, rəqəmsal, multimodal marşruta çevrilməlidir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub

Binəqədi şosesində nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək

Xankəndidə BMU ilə Özbəkistanın iki ali təhsil müəssisəsi arasında memorandumlar imzalanıb

Azərbaycan və Banqladeş arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə edilib

Çexiyada Senata seçkilərin ikinci turu keçirilir

“Şahinlərin Görüşü-2026”da iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyəti ölkəmizə səfər edib

Energetika Nazirliyində YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib

Media nümayəndələrinə standartlaşdırma mövzusunda təlim keçirilib

Efiopiyada Tiqray bölgəsinə altıaylıq keçid administrasiyası yaradılıb

Mərkəzi Bankın sədri “Global Finance”a müsahibəsində Azərbaycanın maliyyə islahatlarından danışıb

Asimmetrik sintez: həyatın mənşəyi və dərman istehsalı baxımından yeni imkanlar

Avropada qazın qiyməti 2022-ci ilin dekabrından bəri ən yüksək səviyyədədir

“Şahinlərin Görüşü-2026” təlimində tapşırıqlar uğurla icra olunur

“Effektiv idarəetmə və makroiqtisadi göstəricilər” işçi qrupunun növbəti iclası baş tutub

Macarıstan Aİ-nin karbon qiymətləri sisteminin tətbiqinin təxirə salınmasını tələb edir

ARDNF-nin icraçı direktoru "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb

Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq

TƏBİB-in icraçı direktoru Qubada vətəndaşların müraciətlərini dinləyib

Müstəqilliyin bərpası Azərbaycan xalqının milli iradəsinin təcəssümüdür - universitetdə tədbir

Hadrutda “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Hadrutda “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevdən mühüm mesajlar: Müharibə bizim seçimimiz olmayıb VİDEO

Prezident İlham Əliyevdən mühüm mesajlar: Müharibə bizim seçimimiz olmayıb VİDEO

BDU-da “Azərbaycan dili - Açıq dərslər” layihəsi davam edir

Səyyar Gənclər Xidmətinin növbəti dayanacağı Ucar olub

Ermənistanın keçmiş rəhbərliyi Azərbaycan xalqına qarşı cinayətlərə görə məsuliyyət daşıyır RƏY

BVF ilə Dünya Bankının İllik Toplantılarında Azərbaycanın iqtisadi prioritetləri və beynəlxalq maliyyə əməkdaşlığı dəyərləndirilib

Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir

Qarabağ Universiteti “Rebuild Karabakh” sərgisində təmsil olunur

Diaspor nümayəndəsi: Tarixi əlaqələr Azərbaycanla Kamboca arasında əməkdaşlığın inkişafına töhfə verə bilər

“Xocavənd əməliyyatı” zamanı şəhid olan əfsanəvi kəşfiyyatçıların xatirəsi anılıb VİDEO

“Xocavənd əməliyyatı” zamanı şəhid olan əfsanəvi kəşfiyyatçıların xatirəsi anılıb VİDEO

BDU-da Müstəqilliyin Bərpası Günü qeyd olunub

Londonda Azərbaycanın maarifçilik tarixi və fəlsəfi irsi təqdim edilib

Beynəlxalq konfransda türk dilləri ilə bağlı araşdırmalar təqdim olunub

Türk ekspert: Azərbaycan Avrasiya məkanında enerji və nəqliyyat təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır

Nizami rayonunda Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr müzakirə olunub

Gənclərin zərərli ideoloji təsirlərdən qorunması əsas vəzifələrdəndir

Şərqşünaslıq İnstitutunda Azərbaycan dövlətçiliyi tarixinə dair mühazirə oxunub

“Qarabağ Hakatonu 2026” yarışması başa çatıb

Nürnberqdən Bakıya: Ermənistanın üç keçmiş prezidentinin cinayət məsuliyyəti məsələsi – TƏHLİL

Yeni Kaledoniyanın nikel sərvətləri uğrunda mübarizə: Kanak təşkilatlarından Aİ-yə etiraz

AQTA sədrinin vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Gəncədə son illərdə 15 mindən çox yeni iş yeri yaradılıb