AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Baş nazir Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi noyabrın 6-da Azərbaycanda keçirilən parlament seçkilərinin uğurla başa çatması münasibətilə təbrik edərək xoş arzularını çatdırmışdır. Dövlətimizin başçısı Türkiyənin Baş naziri ilə söhbətində seçkilərin gedişi və nəticələri haqqında məlumat vermiş, təbrikinə və xoş arzularına görə Rəcəb Tayyib Ərdoğana minnətdarlığını bildirmişdir.
Telefon danışığı zamanı Azərbaycan Prezidenti və Türkiyənin Baş naziri, həmçinin, ölkələrimiz arasındakı dostluq, qardaşlıq və tərəfdaşlıq münasibətləri, onların perspektivləri ətrafında fikir mübadiləsi aparmış və qarşılıqlı maraq doğuran bir sıra məsələləri də müzakirə etmişlər.