AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Oktyabrın 22-də saat 10.30 radələrində Xəzər dənizində Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinə məxsus, Aktau-Bakı marşrutu ilə hərəkət edən “Merkuri-2” gəmi-bərəsinin qəzaya uğraması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin yanında Təhlükəsizlik Şurasının fövqəladə iclası keçirilmişdir.
İclasda baş vermiş qəzanın səbəbləri və nəticələrinin aradan qaldırılması ilə bağlı görülmüş işlər haqqında müvafiq qurumların ilkin məlumatları dinlənilmiş və müzakirə edilmişdir. Azərbaycan Prezidenti hadisənin nəticələrinin tezliklə aradan qaldırılması ilə bağlı müvafiq dövlət orqanlarına təxirəsalınmaz tapşırıqlar vermişdir.
Dövlətimizin başçısı gəminin qəzaya uğramasının səbəblərinin hərtərəfli tədqiq olunması, qəzanın nəticələrinin aradan qaldırılması və lazımi tədbirlər görülməsi məqsədi ilə Baş nazir Artur Rasizadənin rəhbərliyi ilə Dövlət Komissiyası yaratmışdır.
Hazırda Dövlət Komissiyası gəmi-bərədə olan insanların xilas edilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər görür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:23]
Kömür qiymətləri son 2,5 ilin maksimumuna yüksəlib
- 09.06.2026 [17:20]
“Fitch Ratings” qlobal iqtisadi sektor üzrə proqnozunu dəyişib
- 09.06.2026 [17:00]
Azərbaycandan Fransaya məhsul ixracının dəyəri 17 dəfədən çox artıb
- 09.06.2026 [16:36]