AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNDƏ
“Kütləvi informasiya vasitələrinə dövlət qayğısının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 27 dekabr tarixli 831 nömrəli Sərəncamının birinci bəndinin 2-ci abzasının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara almışdır ki, “Azərbaycan Respublikası ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 13 iyul tarixli 124 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respulbikası ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı”nda 1-ci sütunda “470100 - 4706” mal mövqelərindən sonra “Qrup 48” mal qrupu və “4801 00” rəqəmi, 2-ci sütundakı həmin mal mövqelərinin adlarından sonra isə “Qəzet kağızı” sözləri əlavə edilsin.
x x x
Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara almışdır ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Respublika ali, orta ixtisas peşə təhsili üzrə tədris metodika kabinetinin ləğv edilməsi haqqında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi ilə razılaşdırılmış təklifi qəbul edilsin.
“Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 9 noyabr tarixli 221 nömrəli qərarının 1 nömrəli əlavəsindən “Respublika ali, orta ixtisas və peşə təhsili üzrə tədris metodika kabineti sözləri çıxarılsın.
Hər iki qərar imzalandığı gündən qüvvəyə minir.
Bu barədə AZƏRTAC-a Nazirlər Kabinetinin mətbuat mərkəzindən məlumat vermişlər.