AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNDƏ
“Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara almışdır ki, “İşçinin peşə xəstəliyinə tutulmağı ehtimalı yüksək olan iş yerlərinin siyahısı” təsdiq edilsin.
“Peşə xəstəliklərinin siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 16 mart tarixli 146 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin.
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə “İşçinin peşə xəstəliyinə tutulmağı ehtimalı yüksək olan iş yerlərinin siyahısı”na dair Təlimatı təsdiq etsin.
Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Bu barədə AZƏRTAC-a Nazirlər Kabinetinin mətbuat mərkəzindən məlumat vermişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [19:19]
Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib
- 27.09.2026 [18:54]
Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb
- 27.09.2026 [17:50]