AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ CƏNAB İLHAM ƏLİYEVƏ
Hörmətli Prezident!
Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında Sərəncamınız elmi və ədəbi-mədəni həyatımızda böyük hadisədir. Hamımızın gözlədiyimiz və mühüm siyasi, elmi, ədəbi-mədəni əhəmiyyət kəsb edən Sərəncamınıza görə Sizə dərin təşəkkürümüzü bildiririk.
Hörmətlə,
Anar Azərbaycan Yazıçılar Birliyinin sədri,
Fikrət Qoca
Çingiz Abdullayev
Arif Əmrahoğlu
Azərbaycan Yazıçılar Birliyinin katibləri.
13 yanvar 2004-cü il.