AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEVİN UKRAYNAYA İŞGÜZAR SƏFƏRİ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ukrayna Prezidenti Leonid Kuçmanın dəvəti ilə bu ölkənin faşist işğalçılarından azad olunmasının 60 illiyi münasibətilə keçirilən tədbirlərdə iştirak etmək üçün oktyabrın 27-də Kiyevə işgüzar səfərə yola düşmüşdür.
Dövlətimizin başçısını Heydər Əliyev adına beynəlxalq hava limanında Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və Ukraynanın ölkəmizdəki müvəqqəti işlər vəkili İqor Kizima yola saldılar.