AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Cənab Heydər Əliyevin vəfatı ilə əlaqədar “Norveç Humanitar Müəssisəsi” beynəlxalq təşkilatının kollektivinin adından və şəxsən öz adımdan Sizə və ailənizə dərin hüznlə başsağlığı verirəm.
Məhz Heydər Əliyevin səyi nəticəsində bizim təşkilat Azərbaycanda işləməyə başlayıb və həmişə öz işimizlə Azərbaycana xidmət etməyə çalışmışıq.
O, daim bizim qəlbimizdə yaşayacaqdır. Qəbri nurla dolsun! Allah Sizə səbir versin və rəhmi həmişə üstünüzdə olsun.
Hörmətlə,
Alf Henri Rasmussen,
“Norveç Humanitar Müəssisəsi” beynəlxalq təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri.