AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Biz - Almaniyada yaşayan azərbaycanlılar və türklər Azərbaycan xalqına baş vermiş böyük itki, tanınmış dövlət xadimi və dünyamiqyaslı siyasətçi Prezident Heydər Əliyevin vəfatı xəbərini böyük üzüntü ilə qarşıladıq.
Almaniyadakı Azərbaycan Federasiyası və Frankfurt Azərbaycan Cəmiyyəti və burada yaşayan azərbaycanlılar və türklər adından Sizə və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir və son qəminiz olsun deyirik.
Azərbaycan dövlətinin, Azərbaycan xalqının və bütün türk dünyasının başı sağ olsun.
Heydər Əliyev ürəyimizdə yaşayacaqdır.
Allah rəhmət eləsin.
Almaniyadakı azərbaycanlılar və türklər adından,
Əbdülqadir Qaraoğlan,
Azərbaycan Federasiyasının həmsədri.