AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Türk dünyasının ən böyük liderlərindən olan atanız hörmətli Prezident Heydər Əliyevin vəfatı xəbərini böyük kədər hissi ilə öyrəndim. Türk dünyası çox görkəmli liderlərindən birini itirdi.
Təmsil etdiyim birliyin adından mərhum atanıza rəhmət diləyir, Sizə və Sizin simanızda bütün Azərbaycan xalqına başsağlığı verirəm.
Hörmətlə,
Həsən Ekşi,
Qaradəniz Qeyri-Hökumət
Təşkilatları Birliyinin sədri.
16 dekabr 2003-cü il.