AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
80 illik ömrünə həddindən artıq böyük işlər sığdıran bu böyük insan azad və demokratik bir ölkə, gələcəyə inamla baxan bir millət və beynəlxalq platformada nüfuzlu bir dövlət yaradaraq həyatdan getdi.
Ruhu şad olsun...Torpağı bol olsun... Allah rəhmət eləsin...
Mənə müxtəlif vaxtlarda nümayəndə heyətləri tərkibində 5 dəfə Prezident Heydər Əliyev tərəfindən qəbul edilmək şərəfi nəsib olmuşdur. Bu böyük insanın qəbulunda olduğum anlar həyatımın çox müstəsna xatirələri kimi böyük dəyərini daim qoruyacaqdır.
Müstəqil və demokratik Azərbaycan Respublikası Onun açdığı yolda, Onun yandırdığı məşəlin işığında sonsuza qədər yaşayacaqdır.
Böyük dövlət və siyasət adamı Prezident Heydər Əliyevin əziz xatirəsinə ən dərin ehtiramımı bildirir, Zati–alinizə və Sizin simanızda bütün Azərbaycan millətinə başsağlığı verirəm.
Dərin hörmətlə,
Sacit Katlandur,
“Bayraqdar Holdinq”in idarə heyətinin üzvü.
İstanbul, 22 dekabr 2003-cü il.