AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Hörmətli cənab İlham Əliyev,
“ENKA Teknik” şirkətinin rəhbərliyi və əməkdaşları Azərbaycan xalqının ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin vəfatından kədərləndiyini bildirir, Sizə və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirlər.
Allah rəhmət eləsin.
Fateh Tar,
“ENKA Teknik” şirkəti İdarə heyətinin üzvü.
İstanbul, 15 dekabr 2003-cü il.