AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Prezident Heydər Əliyevin vəfatı ilə əlaqədar TRASEKA-nın Daimi Katibliyi və Hökumətlərarası komissiyasının üzvləri adından dərin hüznlə və səmimi başsağlığı veririk.
Prezident Heydər Əliyevin adı bəşəriyyətin tarixi yaddaşında Böyük İpək yolunun bərpası ideyası ilə bağlı olaraq həmişəlik qalacaqdır.
Prezident Heydər Əliyevin sayəsində Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi layihəsi ixtisaslaşdırılmış proqram çərçivəsindən kənara çıxdı və ən yüksək dövlətlərarası səviyyədə çoxtərəfli əməkdaşlıq sahəsində geniş siyasi və sosial-iqtisadi əhəmiyyət kəsb etdi.
XXI əsrin Yeni İpək yolunun dirçəldilməsində və inkişafında özünün çox böyük zəhməti ilə əbədi iz qoymuş İnsanın və Azərbaycan Respublikasının dövlət rəhbərinin nurlu xatirəsi qarşısında dərin ehtiramla baş əyirik.
TRASEKA üzrə hökumətlərarası komissiyanın
Daimi Katibliyi
15 dekabr 2003-cü il.