AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Biz, Müstəqil Dövlətlər Birliyi onkoloqları və radioloqlarının IV qurultayının iştirakçıları və Azərbaycan Respublikasının onkoloqları qurultayın gözəl təşkilinə və keçirilməsinə görə Sizə dərin minnətdarlığımızı və təşəkkürümüzü bildiririk. Son dərəcə məşğul olmağınıza baxmayaraq, Siz qurultayın nümayəndələri ilə görüşməyə və əhaliyə onkoloji yardım göstərilməsinin ən aktual problemlərini onlarla müzakirə etməyə vaxt tapdınız. MDB onkoloqları və radioloqlarının IV qurultayının iştirakçıları qeyd etməyi özlərinə borc bilirlər ki, onkologiyanın problemlərinə Sizin şəxsi diqqətiniz və onları dərindən başa düşməyiniz Azərbaycan Respublikasının onkoloji xidmətinin və Milli Onkologiya Mərkəzinin maddi-texniki bazasının xeyli yaxşılaşmasına kömək etmişdir. Bu isə əhalinin xəstələnməsi və bədxassəli şişlərdən ölüm halları göstəricilərinə müsbət təsir etmişdir. Bu nailiyyətlər Sizin Azərbaycanda elmin və səhiyyənin inkişafı üçün əlverişli şərait yaratmağa imkan vermiş müdrik rəhbərliyinizin nəticəsidir.
Çox hörmətli İlham Heydər oğlu! MDB onkoloqları və radioloqlarının IV qurultayının iştirakçıları qurultayın uğurla keçirilməsi üçün şərait yaradıldığına görə Sizə dərin minnətdarlığını bildirir və Sizə cansağlığı və gözəl xalqınızın rifahı naminə işdə uğurlar arzulayırlar.
MDB onkoloqları və radioloqlarının IV qurultayı iştirakçılarının adından və tapşırığı ilə,
Cəmil Əliyev
MDB onkoloqları və radioloqlarının IV qurultayının
sədri, Azərbaycan Milli Elmlər Akademiyasının
və Rusiya Tibb Elmləri Akademiyasının akademiki