AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Zati-aliləri,
Milli bayramınız - Respublika günü münasibətilə hökumətimiz adından, Pakistan xalqı adından və şəxsən öz adımdan Sizə, hökumətinizə və Azərbaycan xalqına səmimi təbriklərimi və ən gözəl arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Mən əminəm ki, gələcəkdə də Pakistan və Azərbaycan arasındakı əməkdaşlıq xalqlarımızın birgə rifahı naminə daha da güclənəcəkdir.
Zati-aliləri, fürsətdən istifadə edərək Sizə sağlamlıq və xoşbəxtlik, Azərbaycan xalqına davamlı inkişaf və rifah arzulayıram.
Zati-aliləri, xahiş edirəm, dərin ehtiramımı qəbul edəsiniz.
Asif Əli Zərdari
Pakistan İslam Respublikasının Prezidenti