AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Zati-aliləri,
Sizi Azərbaycanın milli bayramı - Respublika günü münasibətilə ürəkdən təbrik edirəm.
Qazaxıstan və Azərbaycan arasındakı dostluq və qarşılıqlı anlaşma öz inkişafında yüksək səviyyəyə çatmışdır, ölkələrimizi sıx tellərlə bağlayan birlik bundan sonra da xalqlarımızın mənafeləri naminə inkişaf edəcəkdir.
Fürsətdən istifadə edərək, Zati-aliləri, Sizə və Sizin ailənizə möhkəm cansağlığı, bol bərəkət, dost Azərbaycan xalqına isə tərəqqi, həmrəylik və əmin-amanlıq arzu edirəm.
Hörmətlə,
Nursultan Nazarbayev
Qazaxıstan Respublikasının Prezidenti.