AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Hörmətli İlham Heydər oğlu,
Ölkənizin milli bayramı - Respublika günü münasibətilə Sizə və Sizin simanızda dost Azərbaycan xalqına səmimi təbriklərimi göndərirəm.
Ölkələrimiz arasında qarşılıqlı dostluq münasibətlərinin Türkmənistan və Azərbaycan xalqlarının rifahı naminə yüksələn xətlə inkişaf edəcəyinə və möhkəmlənəcəyinə qəti əminliyimi ifadə edirəm.
Fürsətdən istifadə edərək, Sizə səmimi qəlbdən daim möhkəm cansağlığı və həyat eşqi, dost Azərbaycan xalqına isə sülh, tərəqqi və rifah arzulayıram.
Hörmətlə,
Qurbanqulu Berdiməhəmmədov
Türkmənistanın Prezidenti.