AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Hörmətli İlham Heydər oğlu,
Azərbaycanın milli bayramı - Respublika günü münasibətilə səmimi təbriklərimi qəbul edin.
Dövlətçiliyini mürəkkəb şəraitdə qoruyub saxlaya və dinamik inkişaf edən müstəqil respublika qura bilmiş dost Azərbaycan xalqına Belarusda böyük hörmət bəsləyirlər.
Əminəm ki, Belarus-Azərbaycan dövlətlərarası dialoq təkcə qarşılıqlı surətdə faydalı tərəfdaşlıq əsasında deyil, həm də xalqlarımız arasında səmimi münasibətlər zəminində bundan sonra da fəal inkişaf edəcəkdir.
Hörmətli İlham Heydər oğlu, Sizə cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə daim uğurlar, Azərbaycan xalqına sülh və rifah arzulayıram.
Hörmətlə,
Aleksandr Lukaşenko
Belarus Respublikasının Prezidenti.