AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Hörmətli İlham Heydər oğlu,
Ölkənizin milli bayramı münasibətilə Sizi və bütün Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm.
Son illər Tacikistan-Azərbaycan tərəfdaşlığının səviyyəsini yüksək qiymətləndirərək, iki ölkə arasında əməkdaşlığın hüquq bərabərliyi, qarşılıqlı hörmət və bir-birinin maraqlarının nəzərə alınması əsasında hərtərəfli genişləndirilməsi və dərinləşdirilməsi üçün zəruri səylər göstərmək qətiyyətində olduğumuzu bildirmək istəyirəm.
Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı və rifah, dost Azərbaycan xalqına isə sülh və tərəqqi arzularımı qəbul edin.
Hörmətlə,
Emoməli Rəhmon
Tacikistan Respublikasının Prezidenti.