AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Zati-aliləri,
Azərbaycanın milli bayramı - Respublika günü münasibətilə Zati-alinizə, hökumətinizə və dost Azərbaycan xalqına ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Fürsətdən istifadə edərək, Zati-alinizə və Azərbaycan Respublikasının hökumətinə İslam Konfransı Təşkilatının məqsədlərinə çatmaqda yardımçı olduğunuza görə minnətdarlığımı bildirmək istərdim.
Zati-alinizin müdrik rəhbərliyi altında dost Azərbaycan xalqına Allahdan davamlı inkişaf və rifah arzulayır, Sizə cansağlığı və xoşbəxtlik diləyirəm.
Zati-aliləri, Sizə ən dərin hörmətimi və ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Ekmələddin İhsanoğlu
İslam Konfransı Təşkilatının baş katibi.