AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Zati-aliləri,
Azərbaycanın milli bayramı - Respublika günü münasibətilə İndoneziya hökuməti və xalqı adından Sizə ən səmimi təbriklərimi çatdırıram.
Məmnuniyyətlə qeyd etmək istərdim ki, ölkələrimiz uzun illərdir dostluq əlaqələrinə malikdir. Azərbaycan və İndoneziya arasında mövcud əlaqələrin gələcəkdə daha da möhkəmləndirilməsinin şahidi olacağıma inanıram.
Zati-aliləri, Sizə möhkəm cansağlığı arzularımı qəbul etməyinizi xahiş edirəm.
Susilo Bambanq Yudhoyono
İndoneziya Respublikasının Prezidenti.