AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Zati-aliləri,
Ölkənizin milli bayramı - Respublika günü münasibətilə Yunanıstan xalqı adından və öz adımdan Zati-alinizə ən səmimi təbriklərimi çatdırmaq istərdim.
Əminəm ki, ölkələrimiz arasında mövcud dostluq əlaqələri xalqlarımızın rifahı naminə gələcəkdə də genişləndiriləcəkdir.
Fürsətdən istifadə edərək dost Azərbaycan xalqına inkişaf, əmin-amanlıq və tərəqqi, Sizə isə cansağlığı arzulayıram.
Karlos Papulyas
Yunanıstan Respublikasının Prezidenti.