AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Zati-aliləri,
Böyük məmnuniyyət hissi ilə Sizə və dost Azərbaycan xalqına milli bayram - Respublika günü münasibətilə ən səmimi təbriklərimi çatdırıram.
İcazə verin, ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə şərait yaradan yüksək səviyyəli əməkdaşlıq, anlaşma və etibara görə məmnunluğumu bildirim. Əminəm ki, birgə səy göstərməklə və bir-birimizi dəstəkləməklə biz xalqlarımızın mənafeyi və regionun təhlükəsizliyi üçün çox şey əldə edə bilərik.
Mən tam inanıram ki, dövlətlərimiz arasında qarşılıqlı hörmət və dostluq prinsiplərinə əsaslanan əlaqələr və strateji əməkdaşlıq qarşıdakı illərdə də xalqlarımızın rifahı naminə səmərəli şəkildə inkişaf edəcəkdir.
Sizə dərin hörmətimi çatdırır, Zati-alinizə və bütün Azərbaycan xalqına xoşbəxtlik, firavanlıq, əmin-amanlıq arzulayıram.
Zati-aliləri, xahiş edirəm mənim ən xoş arzularımı qəbul edəsiniz.
Hörmətlə,
Mixeil Saakaşvili
Gürcüstanın Prezidenti.