AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Zati-aliləri,
Respublika günü münasibətilə Koreya xalqı adından Sizə səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Baş nazirimizin keçən il Azərbaycana etdiyi səfərinin ölkələrimiz arasında əməkdaşlıq və dostluq münasibətlərini daha da gücləndirdiyinə inanıram. Gələcək illərdə bu münasibətlərin xalqlarımızın mənafeyi naminə mübadilə səfərləri vasitəsilə daha müvəffəqiyyətli olacağına əminəm.
Zati-aliləri, cansağlığınız, xoşbəxtliyiniz və gözəl ölkənizin çiçəklənməsi üçün xoş arzularımı qəbul etməyinizi xahiş edirəm.
Li Men Bak
Koreya Respublikasının Prezidenti.