AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Azərbaycan Respublikasının Müstəqillik günü münasibətilə Sizə və Azərbaycan xalqına Vyetnam xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi yetirirəm.
Çox şadam ki, son illərdə ölkələrimiz arasında ənənəvi dostluq münasibətlərinin möhkəmlənməsi və inkişafı davam edir.
Əminəm ki, Vyetnam ilə Azərbaycan arasında bu tarixi əlaqələrə əsaslanan əməkdaşlığı xalqlarımızın mənafeyi naminə daha da möhkəmlətmək və genişləndirmək üçün əlverişli şərait vardır.
Azərbaycana firavanlıq, Azərbaycan xalqına səadət arzulayıram.
Cənab Prezident, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali vəzifənizdə böyük uğurlar diləyirəm.
Nquyen Min Çiyet
Vyetnam Sosialist Respublikasının Prezidenti
Hanoy
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [19:08]
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub
- 14.10.2026 [19:04]
Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib
- 14.10.2026 [19:02]