AZƏRBAYCAN RƏSSAMLARININ “NOVRUZ”A HƏSR OLUNMUŞ SƏRGİSİ AÇILMIŞDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Miniatür Mərkəzində Azərbaycan rəssamlarının Novruz bayramına həsr olunmuş sərgisi açılmışdır.
Sərgidə 40 rəssamın rəngkarlıq, qrafika, heykəltəraşlıq janrlarında 60-dan artıq əsəri nümayiş etdirilir. Onların əksəriyyətində təbiət mənzərələri, bahar təravəti əks etdirilib.
Sərgi martın 26-dək davam edəcək.