AZƏRBAYCAN ŞAHMAT MƏKTƏBİNİN UĞURLARI GÖZ ÖNÜNDƏDİR
AZƏRTAC xəbər verir ki, Bakıda qadınlar arasında keçirilən beynəlxalq şahmat turnirində dünyanın tanınmış şahmatçıları iştirak edirlər. Müxbirimiz həmin şahmatçılardan biri, bolqarıstanlı Katerina Laxnodan məxsusi müsahibə almışdır.
-Öncə paytaxtımızla bağlı təəssüratlarınızı bilmək maraqlı olardı.
-Paytaxtınız çox gözəldir. Ancaq gəzmək, şəhərlə yaxından tanışlıq üçün hələ imkanımız olmayıb. Onu deyə bilərəm ki, belə bir yarışda iştirak etdiyimə görə xoşbəxtəm.
-Bugünkü görüşünüz barədə nə deyə bilərsiniz?
-İsveç şahmatçısı ilə görüşdə ağ fiqurlarla oynayırdım. Rəqibim Siciliya müdafiəsinin Paulsen variantında möhkəm mövqe qurmuşdu. Bütün cəhdlərimə baxmayaraq, oyunda üstünlük qazana bilmədim və rəqibimə heç-heçə təklif etdim. Pia Kramlinq təklifimi qəbul etdi, çünki onun da qələbəyə elə bir şansı yox idi.
-Azərbaycan şahmat məktəbinin indiki səviyyəsini necə qiymətləndirirsiniz?
-Azərbaycan şahmat məktəbinin uğurları göz önündədir. Sizin Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov kimi şahmatçılarınız vardır. Onlar dünyanın ən güclü şahmatçıları sırasındadırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq VİDEO
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]
UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər
- 06.10.2026 [13:00]
“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb
- 06.10.2026 [12:44]
“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb
- 06.10.2026 [11:38]