AZƏRBAYCAN ŞƏKƏR TOZU İSTEHSALINA BAŞLAYACAQ
Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, 2005-ci ildə İmişlidə şəkər zavodunun tikilib istifadəyə verilməsi planlaşdırılmışdır. Türkiyənin “Azərsun” şirkəti artıq bir aydan çoxdur ki, zavodun inşası ilə əlaqədar hazırlıq işləri görür. Müəssisənin illik istehsal gücü 500 min ton nəzərdə tutulmuşdur. Gələn ilin ortalarınadək istifadəyə verilməsi planlaşdırılan zavodda 1000 nəfər işlə təmin ediləcək. “Azərsun” şəkər zavodunun yaradılmasına 60 milyon dollar sərmayə qoymağı nəzərdə tutmuşdur. İlk vaxtlar müəssisə xammalının bir hissəsini İran, Türkiyə, Almaniya və başqa ölkələrdən gətirəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [13:31]
Ekspertlər: Neft qiymətlərinin azalması müvəqqəti xarakter daşıyır
- 05.10.2026 [12:31]
“Sığorta haqqını hesabla” xidməti istifadəyə verilib
- 05.10.2026 [11:59]