AZƏRBAYCAN SƏRHƏDÇİLƏRİNİN ALMANİYAYA RƏSMİ SƏFƏRİ BAŞA ÇATMIŞDIR
Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunları Komandanı general-leytenant Elçin Quliyevin rəhbərliyi ilə bir qrup sərhədçi Almaniya Federal Sərhəd Xidmətinin dəvəti ilə aprelin 19-dan 22-dək bu ölkədə rəsmi səfərdə olmuşdur.
Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səfər çərçivəsində Almaniya tərəfinin rəhbərliyi ilə keçirilən görüşlər zamanı beynəlxalq terrorizm, qeyri-qanuni miqrasiya, narkotiklərin qanunsuz dövriyyəsi, habelə kadrların hazırlanması və təkmilləşdirilməsi məsələləri müzakirə edilmişdir.
İkitərəfli münasibətləri daha da inkişaf etdirmək məqsədi ilə Almaniya sərhədçiləri nümayəndə heyətinin bu il Bakıya gəlməsi barədə razılıq əldə olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:21]
YAP-ın VIII qurultayının nümayəndələri Ulu Öndərin xatirəsini yad ediblər
- 01.10.2026 [13:00]