AZƏRBAYCAN SƏRHƏDİNDƏ 49 XARİCİ VƏTƏNDAŞ SAXLANILMIŞDIR
AZƏRTAC xəbər verir ki, cari ilin on ayı ərzində narkotiklərlə bağlı 1800 fakt qeydə alınmışdır. Onlardan 570-dən çoxu narkotik vasitələrin satışı, 1050-si narkotik vasitələrin saxlanılması, qalanları isə narkotik tərkibli bitkilərin əkilib becərilməsi ilə əlaqədardır. Ötən müddətdə 150 kiloqramdan çox narkotik vasitə aşkarlanaraq məhv edilmiş, 400 ton narkotik tərkibli bitki yandırılmışdır. Bunlardan 104 kiloqramı marixuana, 2,5 kiloqrama yaxını həşiş, 36 kiloqramı tiryək, 6,5 kiloqramı heroindir.
Hesabat dövründə Azərbaycan sərhədlərindən narkotik vasitə keçirərkən 49 xarici ölkə vətəndaşı yaxalanmışdır. Bu rəqəm keçən il 29 olmuşdur. Tutulanlar əsasən İran, Rusiya və Gürcüstan vətəndaşlarıdır.
Narkotik vasitə alverinə görə məsuliyyətə cəlb edilənlər arasında qadın və gənclər də olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]