Azərbaycan təmsilçiləri beynəlxalq hakimlik dərəcələrini artırıblar
Bakı, 20 fevral, AZƏRTAC
İsveçrənin Lozanna şəhərində Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən 2022-2024-cü illəri əhatə edən növbəti Olimpiya dövrünün müvafiq qaydalarına əsasən, batut gimnastikası və tamblinq üzrə hakimlik imtahanları keçirilib.
AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, təmsilçilərimizdən Kamil Quliyev (batut gimnastikası) və Rahib Əliyev (tamblinq) beynəlxalq hakimlik dərəcələrini artırıblar. Belə ki, K.Quliyev ikinci, R.Əliyev isə üçüncü dərəcəni əldə edib.
Qeyd edək ki, FIG qaydalarına əsasən, hər Olimpiadadan sonrakı yeni Olimpiya dövründə gimnastika idman növləri üzrə qaydalara dəyişikliklər edildiyi üçün hakimlər sahib olduqları hakimlik dərəcələrini təsdiqləməli və ya daha yüksək dərəcə almalıdırlar. Ümumilikdə 4 hakimlik dərəcəsi mövcuddur. Ən yüksək dərəcə birinci, ən aşağı dərəcə isə dördüncüdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [17:25]
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]
“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib
- 26.09.2026 [22:00]