Azərbaycan Turizm İnstitutunda Respublika Günü münasibətilə “28 kadr” adlı fotosərgi təşkil olunmuşdur
Bakı, 27 may (AZƏRTAC). Mayın 27-də Azərbaycan Turizm İnstitutunda (ATİ) 28 May - Respublika Günü münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində “28 kadr” adlı fotosərgi təşkil olunmuşdur.
ATİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, institutun professor-müəllim heyəti və tələbələrinin iştirak etdikləri sərginin açılışında bu ali təhsil ocağının rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov 96 il əvvəl - 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk Azərbaycan Demokratik Respublikasının yaranmasını xalqımızın şərəf tarixi, böyük dövlətçilik ənənələrinə sədaqətin sübutu kimi dəyərləndirmişdir.
Sonra tədbir iştirakçıları ATİ-nin tələbə gənclər təşkilatı üzvlərinin təşəbbüsü ilə təşkil edilmiş “28 kadr” adlı sərbəst mövzulu fotosərgi ilə tanış olmuşlar.
Tədbirin sonunda tələbə-fotoqraflara sertifikat və xatirə hədiyyələri təqdim olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:40]
Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]