Azərbaycan Turizm İnstitutunun baş müəllimi Antalyada Beynəlxalq konfransda məruzə ilə çıxış etmişdir
Bakı, 12 iyun (AZƏRTAC). Türkiyənin Antalya şəhərində Nişantaşı və Sakarya universitetlərinin birgə təşkilatçılığı ilə turizm və idarəetmə tədqiqatı üzrə birinci Beynəlxalq konfrans keçirilmişdir.
Azərbaycan Turizm İnstitutunun (ATİ) mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, konfransın işində Türkiyənin Nişantaşı, Sakarya və Kırklareli, Rusiyanın Tver Texniki universitetlərinin və Azərbaycanın ali təhsil müəssisələrinin nümayəndələri iştirak etmişlər.
ATİ-nin turizm biznesi kafedrasının baş müəllimi Qəhrəman Yusupov konfransda “Regionlarda turizm fəaliyyətinin inkişafı” mövzusunda məruzə etmişdir.
Beynəlxalq tədbirdə “Türkiyənin dünya turizmində yeri və rolu”, “Kruiz turizmin inkişaf etdirilməsi”, “Türkiyə hökumətinin ölkə turizminin inkişafına dair 2023-cü ilədək qəbul etdiyi tədbirlər” və digər mövzularda məruzələr iştirakçılar tərəfindən maraqla qarşılanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:40]
Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]