Azərbaycan Turizm İnstitutunun “Mövlanə” Mübadilə Proqramı çərçivəsində əməkdaşlıq əlaqələri genişlənir
Bakı, 3 iyun (AZƏRTAC). Ankarada “Qafqazın gələcəyində enerjinin rolu: region ölkələrinin həmrəyliyi” mövzusunda Qafqaz Universitetləri Birliyinin (QUB) ənənəvi IV konqresi keçirilmişdir.
Azərbaycan Turizm İnstitutunun (ATİ) mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Xəzər Forumu, Ankara Siyasi və İqtisadi Araşdırmalar Mərkəzi, Türkiyə İş Bankı və Ərdahan Universiteti tərəfindən təşkil olunmuş tədbirdə ATİ-nin rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov da iştirak etmişdir.
Konfransın gündəliyinə əsasən QUB-a yeni seçilmiş universitetlərin təqdimatları edilmiş, əməkdaşlığa dair müqavilələr imzalanmışdır.
ATİ “Mövlanə” Mübadilə Proqramı çərçivəsində əməkdaşlıq etdiyi universitetlərin şəbəkəsini daha da genişləndirmişdir. Bu ali təhsil ocağı ilə Türkiyənin Ordu, Beykent, Nevşehir, Uşak universitetləri və Şimali Kiprin Yakın Doğu Universiteti ilə əməkdaşlığa dair müqavilələr imzalanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:40]
Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]