Azərbaycan türk fəlsəfi fikir tarixinə dair kitabın I cildi nəşr olunub
Bakı, 16 iyun, AZƏRTAC
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərlinin “Azərbaycan türk fəlsəfi və ictimai fikir tarixi (XIX-XX əsrlər)” kitabının I cildi işıq üzü görüb.
Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib. Fəlsəfə və Sosiologiya İnstitutunun Elmi şurasının 30 may 2023-cü il tarixli qərarı ilə çap olunan kitabın elmi redaktorları fəlsəfə elmləri doktoru, professor Rafail Əhmədli və fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Zeynəddin Şabanovdur.
Əsərin birinci cildində XIX əsr Azərbaycan türk fəlsəfi fikrinin inkişaf yollarından və bu fəlsəfi fikrin tanınmış Azərbaycan mütəfəkkirlərinin dünyagörüşlərindən bəhs olunur. Müəllif Azərbaycan türk fəlsəfi və ictimai fikir tarixinin inkişafını Azərbaycanda Şərq-İslam-Türk mədəniyyəti və fəlsəfəsi, Qərb-Avropa mədəniyyəti və fəlsəfəsinin təşəkkülü və Şərq-İslam-Türk fəlsəfəsi və Qərb-Avropa fəlsəfəsinin sintezi problemi və həll yolları istiqamətlərində təhlil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [12:28]
Londonda Milli Qurtuluş Gününə həsr olunan şahmat turniri
- 14.06.2026 [17:53]
BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”
- 14.06.2026 [11:37]
“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub
- 14.06.2026 [11:00]
Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri
- 13.06.2026 [17:36]