AZƏRBAYCAN VATERPOLÇULARI “ZAQAFQAZİYA KUBOKU” UĞRUNDA TURNİRDƏ BİRİNCİ YERİ TUTMUŞLAR
AZƏRTAC xəbər verir ki, Tbilisidə su polosu üzrə “Zaqafqaziya kuboku” uğrunda turnir başa çatmışdır.
Gürcüstan və Ermənistan komandalarının da iştirak etdiyi yarışda Azərbaycan həm yeniyetmə, həm də daha yaşlı idmançılardan ibarət iki komanda ilə təmsil olunmuşdu.
Yaşlı idmançıların mübarizəsində Azərbaycanı MOİK komandası təmsil etmişdir. Qrupda bütün görüşlərini qələbə ilə başa vuran vaterpolçularımız finala çıxmışlar. Həlledici mərhələdə Gürcüstanın “Laquna Vera” klubu ilə qarşılaşan Azər Babayevin yetirmələri 9:8 hesablı üstünlüklə turnirin qalibi olmuşlar.
Yeniyetmələrin yarışında isə ölkəmiz Respublika İxtisaslaşmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin (RİOEUGİM) komandası ilə təmsil olunmuşdu. Azərbaycan idmançıları yalnız finalda Gürcüstanın “Spektr” komandasına uduzaraq ikinci yeri tutmuşlar.
Qeyd edək ki, turnirdə hər yaş qrupu üzrə 8 komanda mübarizə aparmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [16:34]
Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib
- 07.10.2026 [16:32]
Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib
- 07.10.2026 [16:26]
Azərbaycan Kubokunda yeni mövsüm başlayıb
- 07.10.2026 [15:50]
AFFA nümayəndəsi UEFA-dan təyinat alıb
- 07.10.2026 [15:32]
Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb
- 07.10.2026 [14:57]
Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər
- 07.10.2026 [14:46]