AZƏRBAYCAN VƏ RUSİYA GƏNCLƏRİ MOSKVADA DONOR QANI VERMƏK AKSİYASI KEÇİRMİŞLƏR
AGƏŞ-in sədri Səyavuş Məmmədov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, iki ölkə gənclərinin aksiyasından məqsəd qanın milliyyəti olmadığını və insanların sülh və həmrəylik şəraitində yaşamağı bacarmalarını vurğulamaqdır. Gənclərin qanı Kondopoqada zərərçəkənlər üçün Kareliyaya göndəriləcəkdir. O demişdir: “Bu qan ayrıca götürülmüş millətin deyil, insanların rifahına sərf olunacaqdır. Problem yaradanlar öz ölkələrinin vətənpərvərləri deyil, cəmiyyətin və dövlətin sabitliyinin düşmənləridir”.
S.Məmmədov bildirmişdir ki, Azərbaycan dini və milli dözümlülük nümunəsi sayıla bilər. Burada müxtəlif millətlərin nümayəndələri əmin-amanlıq və həmrəylik şəraitində yaşayırlar. Rusiya da həmişə çoxmillətli dövlətin nümunəsi olmuşdur. Ona görə də yol vermək olmaz ki, şər qüvvələr Rusiyanın tolerant və sivil dövlət imicini korlasınlar. Biz ümumi səylərimizlə Rusiya cəmiyyətini millətlər arasına ədavət toxumu səpməyə cəhd edənlərdən qorumağa çalışırıq. AGƏŞ-in İdarə heyəti şurası Rusiyadakı Azərbaycan gənclərinin cəmiyyətin fəal hissəsinə çevrilərək, ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsinə kömək göstərmələrinə var qüvvəsini sərf edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]