AZƏRBAYCAN VƏ TÜRKİYƏNİN YAZIÇI TƏŞKİLATLARI ARASINDA ANLAŞMA İMZALANMIŞDIR
Azərbaycan Yazıçılar Birliyindən AZƏRTAC-a daxil olmuş məlumatda bildirilir ki, Türkiyə Yazarlar Sindikasının dəvəti ilə İstanbula getmiş Birliyin sədri, Milli Məclisin deputatı Anar və Sindikanın başqanı Çingiz Bektaş iki yaradıcılıq təşkilatının daha sıx əməkdaşlıq etməsi məqsədi ilə anlaşma imzalamışlar.
Sənəddə yazıçıların qarşılıqlı səfərlərinin təşkili qurumların ədəbi orqanlarının bütünlüklə Azərbaycanda (Türkiyədə) və Türkiyə (Azərbaycanda) ədəbiyyatlarına həsr olunmuş xüsusi nömrələrinin buraxılması, tərcümə və nəşr üçün əsərlərin seçilməsinə kömək göstərilməsi, başqa ölkələrlə də ədəbi əlaqələrin qurulması və sair məsələlər öz əksini tapmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [15:43]
Türkiyədəki Roma dövrünə aid eksponatlar Kopenhagendə sərgilənir
- 05.10.2026 [15:07]
Musiqini öyrətmək və sevdirmək: Pedaqoqun əsl missiyası nədir?
- 05.10.2026 [11:23]