Azərbaycan voleybolçusu: İslamiadada mükafatçılar sırasında yer alacağımızı düşünürəm
Bakı, 4 noyabr, AZƏRTAC
Bundan əvvəl iştirak etdiyimiz İslam Həmrəyliyi Oyunlarında qızıl və bürünc medal qazanmışdıq. Bu dəfə də medal şanslarımız yüksəkdir. Mükafatçılar sırasında yer alacağımızı düşünürəm.
Bu sözləri AZƏRTAC-a açıqlamasında qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Ayşən Abduləzimova Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda bu gün start götürən VI İslam Həmrəyliyi Oyunlarında komandasının şanslarını dəyərləndirərkən deyib.
Təcrübəli oyunçu əvvəlki illərlə müqayisədə bu dəfə yarışda iştirakçı ölkə sayının az olduğunu bildirib: “2017-ci ildə Bakıda keçirilmiş İslamiadada daha gərgin mübarizə var idi. Budəfəki komandalardan Türkiyə və İran çətin rəqiblərdir. Bildiyiniz kimi, yığmaya yeni gənc oyunçular cəlb olunur. Onların beynəlxalq yarışlarda iştirakı vacibdir. Çünki gənclər həm oyun təcrübəsi qazanırlar, həm də peşəkar voleybolçu kimi yetişirlər. İnanıram ki, bir neçə il sonra biz bu gənc oyunçularımızın Azərbaycan millisinə gözəl qələbələr qazandırdığını görəcəyik”.
Qeyd edək ki, Faiq Qarayevin rəhbərlik etdiyi komanda ilk görüşündə İranla qarşılaşacaq. Matç saat Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [17:25]
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]
“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib
- 26.09.2026 [22:00]