Azərbaycan yığması Karate 1 Premyer Liqa turnirini iki medalla başa vurub
Bakı, 10 iyun, AZƏRTAC
Azərbaycan komandası Şanxayda keçirilmiş Karate 1 Premyer Liqa turnirini iki medalla başa vurub.
AZƏRTAC xəbər verir ki, karateçilərimiz Firdovsi Fərzəliyev (60 kq) və Pənah Abdullayev (84 kq) mötəbər turnirdə üçüncü yeri tutublar. Onlar bürünc medal qazanmaqla yanaşı, müxtəlif reytinq cədvəllərində yerlərini də möhkəmləndiriblər.
Dünya Karate Federasiyasının (WKF) rəsmi yarışlarından olan Karate 1 Premyer Liqa turniri mövsümünün dördüncü mərhələsində 76 ölkədən 543 idmançı iştirak edib.
Yarışdan əvvəl müxtəlif ölkələrdə təlim-məşqlərə qatılan milli komandanın üzvləri ikinci Avropa Oyunlarına hazırlıqları davam etdirəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]
AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir
- 15.10.2026 [14:29]
Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib
- 15.10.2026 [13:26]
Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
- 15.10.2026 [13:07]
Vidadi Rzayev: "Qarabağ" – "Neftçi" derbisində favorit görmürəm
- 15.10.2026 [12:43]
Azərbaycan futzal millisinin oyunu ilk dəfə Lənkəranda keçiriləcək
- 15.10.2026 [12:37]