Azərbaycanda COVID-19-un aylıq statistikası aparılır
Bakı, 1 dekabr, Göyçək Mahmudlu, AZƏRTAC
Hazırda ölkəmizdə koronavirusa (COVID-19) aşkarlanma hallarına rast gəlinir.
Bunu AZƏRTAC-a açıqlamasında TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib. Y.Qarayevanın sözlərinə görə, hazırda koronavirus mövsümi respirator xəstəliklərin daxilində nəzarətdə saxlanılan bir xəstəlikdir. Digər respirator xəstəliklər kimi, COVID-19-un da aylıq olaraq statistikası aparılır.
"Bütün respirator xəstəliklər necədirsə, COVID-19 da elədir. İndi mövsümdür və respirator xəstəliklər yayılıb. Əvvəllər hər gün COVID-19-a dair statistik rəqəmlər tərtib olunurdusa, indi ayda bir dəfə hesabat təqdim edilir. Yəni yoluxma dərəcəsi o qədər azdır", - deyə Y.Qarayeva diqqətə çatdırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:38]
Üçrəngli Bayrağımızı Talış kəndində sancan şəhid
- 29.09.2026 [14:34]
Tədqiqatçılardan xəbərdarlıq: İnformasiya müxtəlifliyi azala bilər
- 29.09.2026 [14:12]
® Gömrük və səhiyyə işçilərinin davranış standartları barədə danışılıb
- 29.09.2026 [12:23]
NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib
- 29.09.2026 [12:20]