AZƏRBAYCANDA DÜNYA ŞAHMAT TACI UĞRUNDA YARIŞLAR KEÇİRİLƏ BİLƏR
Bakı, 8 may (AZƏRTAC). Bakı Vişvanatan Anand ilə Veselin Topalov arasında dünya şahmat tacı uğrunda yarışların keçirilməsinə namizədliyini irəli sürə bilər. Bunun üçün Azərbaycan namizədlər sırasına qoşulmalıdır.
Bu sözləri mayın 8-də mətbuat konfransında FİDE-nin prezidenti Kirsan İlyumjinov bildirmişdir: “Biz dünya şahmat tacı uğrunda yarışların keçirilməsi üçün tender elan etmişik və müxtəlif ölkələrdən təkliflər alırıq. Gələn ilin aprelində keçiriləcək yarışların məkanı isə təxminən dekabrda elan olunacaqdır. Hər bir ölkə kimi, Azərbaycan da Topalov ilə Anand arasında yarışları keçirmək uğrunda mübarizəyə qoşula bilər”.
Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov bu məsələ ilə bağlı fikrini söyləyərək bildirmişdir ki, bu, çox maraqlı ideyadır. O demişdir: “Biz bu variantı müzakirə edəcəyik və əgər ümumi rəyə gələriksə, dünya şahmat tacı uğrunda oyunu keçirmək üçün namizədlərin sırasına qoşulacağıq. Düşünürəm ki, belə yüksək səviyyəli oyun ölkəmizdə şahmata marağı artıracaqdır”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]