Azərbaycanda ekoloji problemlərin əksəriyyəti keçmişdə baş vermiş çirklənmə ilə əlaqədardır
Bakı, 15 noyabr (AZƏRTAC). Ətraf mühitə atılan sənaye tullantıları əsasən Bakı və Sumqayıt şəhərlərində neft hasilatı və emalı ilə bağlıdır. Lakin bu gün ekoloji problemlərin əksər hissəsi keçmişdə baş vermiş çirklənmə ilə əlaqədardır.
AZƏRTAC xəbər verir ki, bu sözləri noyabrın 15-də jurnalistlərə müsahibəsində ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov demişdir.
Azərbaycanın ekologiyasında iki əsas problemin mövcud olduğunu bildirən nazir söyləmişdir ki, onlardan biri çirklənmiş torpaqlar, ikincisi isə idarə olunmayan maldarlıqdır. Bu problemlərin aradan qaldırılması istiqamətində dövlət səviyyəsində çox böyük işlər görülür.
Tullantıların idarə olunmasından söhbət aşan nazir bu sahədə Azərbaycanda inqilabi proses getdiyini və qısa zamanda ölkəmizin yeni texnologiyalara keçəcəyini qeyd etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]