AZƏRBAYCANDA ELEKTRİK ENERJİSİNƏ TƏLƏBAT HƏR İL ARTIR
“Azərenerji” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişdir ki, respublikada elektrik enerjisinə olan tələbat üzrə artım 2001-ci ildə 2 faiz, 2002-ci ildə 3 faiz təşkil edirdisə, keçən ilin göstəricilərinə görə bu rəqəm 13,4 faiz olmuşdur. Bu artımı nəzərə alaraq, 2004-2010-cu illərdə yüksəkgərginlikli elektrik verilişi xətlərinin (EVX) istismarı və yardımçı stansiyaların tikintisi üzrə konkret layihələr nəzərdə tutulmuşdur. “Şimal” DRES-də 400 meqavat gücündə ikinci buxar-qaz qurğusunun (BQQ) tikintisi planı hazırlanmışdır. Mütəxəssislərin fikrincə, onun işə salınması ilə Abşeron yarımadasının enerji təminatı əhəmiyyətli dərəcədə yaxşılaşacaq, elektrik enerjisinin istehsalı zamanı il ərzində 200 min ton şərti yanacağa qənaət olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [13:34]
Bakı ilk dəfə CAMCA Regional Forumuna ev sahibliyi edəcək
- 29.09.2026 [13:12]
AZAL-ın ixrac gəlirləri açıqlanıb
- 29.09.2026 [13:00]