Azərbaycanda halal ekosistemin inkişafı sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub
Bakı, 5 dekabr, AZƏRTAC
Keyfiyyət infrastrukturunun gücləndirilməsi istiqamətində atılan addımlar təqdirəlayiqdir.
AZƏRTAC xəbər verir ki, bu barədə İslam İnkişaf Bankının ölkə əməliyyatları üzrə meneceri Fərid Xan İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində İslam İnkişaf Bankının (İİB) nümayəndə heyəti ilə görüşdə deyib.
Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli keyfiyyət infrastrukturu sahəsində görülən tədbirlər, həmçinin “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı” çərçivəsində aparılan işlər barədə məlumat verib. Ölkədə halal keyfiyyət infrastrukturunun inkişafı məqsədilə Dövlət Xidməti tərəfindən həyata keçirilən tədbirlər xüsusi vurğulanıb.
İslam İnkişaf Bankının ölkə əməliyyatları üzrə meneceri Fərid Xan keyfiyyət infrastrukturunun gücləndirilməsi istiqamətində atılan addımların təqdirəlayiq olduğunu bildirib.
Tərəflər görüşdə halal ekosistemin inkişafı sahəsində əməkdaşlıq perspektivləri, bu sahədə təcrübə mübadiləsi, eyni zamanda qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirələr aparıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [16:20]
Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb
- 06.10.2026 [16:04]