Azərbaycanda iqlim dəyişmələrinin təsirindən yaranan təhlükəli hidrometeoroloji hadisələrə nəzarət gücləndirilir
Bakı, 17 aprel (AZƏRTAC). Azərbaycanda çətin keçilən ərazilərdə hidrometeoroloji şəraiti daha dəqiq və fasiləsiz izləməyə imkan verən 18 Avtomat Meteoroloji Stansiya, 8 avtomat yağıntıölçən, 5 avtomat su səviyyəsi ölçən və 2 ultrasəs su sərfi ölçən cihaz qurulmuşdur.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov bildirmişdir.
Nazir demişdir ki, bundan əlavə, Kür çayının mənsəbində səviyyə tərəddüdünü və Bazardüzü-Şahdağ-Tufandağ ekosisteminin 3 min 700 metr yüksəkliyindəki ərazilərində meteoroloji şəraiti real vaxt rejimində izləməyə imkan verən avadanlıq quraşdırılmışdır. Hazırda Kiş çayında sel axınlarını və Ləzədə meteoroloji şəraiti fasiləsiz izləməyə imkan verən avadanlıq qurulur.
H.Bağırov vurğulamışdır ki, Fransanın “Meteo France İnternational” və ABŞ-ın “Weather Central” şirkətləri ilə ölkəmizin meteorologiya sisteminin ən müasir tələblərə cavab verən səviyyəyə çatdırılması üçün layihə işləri başa çatdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]