Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanda ordu quruculuğu və dövlətçilik

Azərbaycanda ordu quruculuğu və dövlətçilik

Bakı, 26 iyun, AZƏRTAC

İyunun 26-da 2020-ci il sentyabr ayının 27-dən başlayan “Dəmir Yumruq” əməliyyatı – 44 günlük Vətən müharibəsində Ermənistan ordusunu darmadağın edərək məğlubiyyətə uğradan, Xankəndini, Xocalını, Əsgəranı, Ağdərəni və bütün Qarabağı erməni separatizmindən təmizləyən Qafqazda ən müasir ordu hesab olunan qalib Azərbaycan Ordusunun yaranmasının 107-ci ildönümüdür. Prezident, Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı Şanlı Qələbə dünya və regional siyasətdə dövlətimizin gücünü və nüfuzunu daha da artırdı. Həmin qələbə Azərbaycan Ordusunun gücü, rəşadəti, Ali Baş Komandanın ətrafında dəmir yumruq kimi birləşən xalq birliyinin təzahürüdür. Həmin müharibə dövründə bütün dünya dövlətləri, türk dünyası, hər kəs rəhbəri olduğu dövlətin bayrağını zirvələrə ucaldan, tarixin nadir yetişdirdiyi şəxsiyyətlərdən biri olan Prezident İlham Əliyev kimi əsl vətənpərvər, vətəninə və xalqına ürəkdən bağlı dahi şəxsiyyətin inamına, əzminə və qətiyyətinə bir daha şahid oldu. Bu gün dünyanın ən güclü və müasir ordularından biri hesab olunan, Ali Baş Komandan İlham Əliyev kimi müdrik lider və qalib sərkərdənin rəhbərlik etdiyi, şanlı tarixi yol keçən Azərbaycan Ordusu quruluşunun 107-ci ilini şərəflə qeyd edir.

AZƏRTAC xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Əfqan Vəliyevin "Azərbaycanda ordu quruculuğu və dövlətçilik" mövzusunda məqaləsində qeyd olunub.

Məqalədə, həmçinin deyilir: “1918-ci ilin may ayının 28-də qəbul edilmiş Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) İstiqlal Bəyannaməsində qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələri zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. Bu zərurətlə bağlı 1918-ci ilin mayın 28-də yaradılan ilk kabinədə Azərbaycan hökumətinin müdafiə naziri vəzifəsinə general Xosrov bəy Sultanov təyin edildi. AXC-nin ordu quruculuğu haqqında tədbirlər planına müvafiq olaraq 1919-cu il noyabrın 1-nə qədər ordunun ən mühüm struktur bölmələri və hissələri yaradılıb başa çatdırılmalı idi. Hökumət 1918-ci il iyunun 19-da ölkə ərazisində hərbi vəziyyət elan etdi. 1918-ci il iyunun 26-da AXC ilk mütəşəkkil hərbi hissəsinin - əlahiddə korpusun yaranması haqqında qərar verdi. Həmin qərarla da Şərqin müsəlman aləmində ilk demokratik hökumətinin öz ordusunu təsis etməsinə hüquqi baza yarandı. Sonra ölkədə hərbi mükəlləfiyyət - orduya çağırış haqqında fərman imzalandı. Qısa müddətdə Azərbaycanda milli ordu quruculuğunda əsaslı nəticələr əldə olundu. AXC Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə Çar Rusiyası dövründə “Vəhşi diviziya” (“Дикая дивизия”) adlanan keçmiş Tatar süvari alayının əsgərlərindən təşkil edilən və general Əliağa Şıxlinskinin rəhbərlik etdiyi Müsəlman korpusunun əsasında ilk ordu hissəsi 5 min nəfər şəxsi heyəti olan “Əlahiddə Azərbaycan korpusu” yaradıldı. İyulun 11-də hökumət fərmanı ilə hərbi səfərbərlik elan edildi. Azərbaycan Respublikasının 1894-1899-cu illərdə anadan olmuş bütün müsəlman vətəndaşları orduya hərbi qulluğa çağırıldılar. AXC hökuməti Gəncəyə gəldiyi dövrdə 600 nəfərdən ibarət olan könüllü birliyi mövcud idi. Ordu quruculuğu sahəsində aparılan işlər nəticəsində 23 ayda 30 min əsgərdən ibarət nizami ordu quruldu. Ordunun qurulduğu ilk vaxtlarda silah və hərbi sursat çatışmazlığı mövcud idi. Şəmkir ərazisində yerli və ətraf ərazilərdə yaşayan əhalini narahat edən və aralarında ermənilərin də olduğu Çar ordusuna aid hərbi qərargah yerləşirdi. Azərbaycan birlikləri Süleyman bəy Əfəndiyevin komandanlığında Qafqaz cəbhəsindən qayıdan Çar ordusunun özbaşınalığının qarşısını almaq məqsədilə Şəmkirdə çar qarnizonuna hücum edərək onları məğlub etmiş onların silah və sursat anbarlarını ələ keçirmişdi.

Azərbaycan hökuməti ilə Osmanlı dövləti arasında 1918-ci il iyunun 4-də imzalan müqaviləyə əsasən Azərbaycana Qafqaz İslam Ordusu adı altında hərbi qüvvə göndərildi. Həmin ordunun məramları arasında Azərbaycan Ordusunun yaranmasına kömək etmək məsələsi də yer alırdı. Bu məqsədlə Azərbaycan hökuməti və Qafqaz İslam Ordusu zabitlərinin təşəbbüsü ilə 1918-ci ildə Bakı işğalda olduğu vaxtlarda Gəncədə Azərbaycan Ordusuna zabit yetişdirmək üçün 250 nəfərin təhsil aldığı Zabit-vəkili adlı hərbi məktəb açılmışdı. Məktəbə rəhbərlik Qafqaz İslam ordusu zabiti Atıf bəyə həvalə edilmişdi. Qafqaz İslam Ordusu və Azərbaycan ordu bölmələrinin başlatdığı uğurlu hücum əməliyyatları ilə Azərbaycanın bir çox ərazisi, o cümlədən Bakı şəhəri düşmən qüvvələrdən azad edildi. 1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu və Azərbaycan ordu bölmələrinin Bakıya daxil olub asayişi təmin etməsindən sonra, Bakı AXC-nin paytaxtı elan olundu və AXC hökuməti müvəqqəti paytaxt olan Gəncədən, Bakıya köçdü.

1919-cu il fevralın 28-i saat 13:20-də keçirilən iclasda Hərbi Nazirlik və onun struktur və maaş büdcəsi müzakirə edilmişdi. Layihəni parlamentdəki Hərbi Komissiyanın üzvü Qara Bəy Qarabəyov təqdim etmiş, daha sonra Hərbi Nazir Səməd bəy Mehmandarov çıxış edərək ordu quruculuğu sahəsində görülən işlər haqqında məruzə etmişdi. Azərbaycan Ordusunun hərbi geyimləri üçün istifadə edilən parçalar Şuşadakı fabrikdə emal olunurdu. Azərbaycan Ordusunun ilk rəsmi zəfəri Muğan və Lənkəranı azad etməsi idi. 1919-cu ilin sentyabrında Çar polkovniki Alekseyevin 500 süvari dəstəsi və altı batareyasına qarşı Azərbaycan Ordusunun başlatdığı hərbi əməliyyata general Həbib bəy Səlimov rəhbərlik etmişdi. 1919-cu il sentyabrın 19-da Mehmandarov və Həmid Qaydabaşı tərəfindən imzalanan 420 saylı əmrnamə əsasında həyata keçirilən hərbi plan zəfərlə nəticələnmiş, Muğan və Lənkəran azad edilmişdi. Zəngəzur və Əsgəran keçidi erməni Dro rəhbərliyindəki erməni birliklərinin hücumlarına məruz qalmışdı. Azərbaycan Hərbi nazirliyi tərəfindən Əsgəran-Zəngəzur bölgəsinə 1919-cu ildə Cavad paşa Şıxlı komandanlığında ordu qüvvələri göndərilmiş, 1919-cu il aprelin 3-də Azərbaycan ordusunun başlatdığı hücumla 12-13 gün ərzində ərazilər ermənilərdən azad edilmiş, eyni zamanda, Şuşa və Xankəndi də həmin hərəkatla mənfur qüvvələrdən təmizlənmişdi. Bu qələbənin ardından Azərbaycan Ordusu Bakıda 22 mart 1920-ci ildə hərbi parad keçirmişdi.

1920-ci il aprelin 27-si saat 00:05 radələrində 70 minlik XI Qırmızı Ordu, öndə “III İnternasional”, daha 3 zirehli qatar və 300 nəfərdən ibarət piyada desant olmaqla, Samur çayı üzərindəki körpünü keçib, böyük qoşunla Anastas Mikoyan, Qəzənfər Musabəyov da bolşevik süngüləri üzərində Azərbaycanda şura hökuməti qurmağa gəlirdi. Zirehli qatar Yalamaya üz tutur. Azərbaycan Ordusunun Quba alayının zabiti Ağaəli Babazadənin rəhbərliyi altında bir neçə yüngül top və pulemyotla silahlanmış iki rota, 300 nəfərdən ibarət süvari eskadronu və kiçik jandarm dəstəsi stansiya yaxınlığında təslim olmağı qəbul etməyib bolşeviklərlə döyüşə başlayıb. Zirehli qatarlardan fuqas mərmilərlə azərbaycanlı topçuların mövqeləri, pulemyot dzotları dağıdılır. Qatarların şrapnel mərmilər və pulemyot atəşi ilə dəstək verdiyi rus desantı hücuma keçir, Yalama qarnizonu bu hücuma iki saat davam gətirir. 300 döyüşçü son nəfəsinədək stansiyanı qoruyur. Sağ qalanlar partizan dəstələrinə qoşulmaq üçün geri çəkilir. Bolşeviklər döyüşdə ciddi itki verir. XI Qırmızı Ordunun məşhur komandirlərindən biri, 28-ci diviziyanın veteranı Nemıkin də bu döyüşdə ölür. 1920-ci ildə aprelin 28-də Azərbaycan Sovet Rusiyası tərəfindən işğal ediləndən sonra Azərbaycanın hərbi nazirliyi rəsmən ləğv edilərək, həmin funksiya Xalq Hərbi Komissarlığına verilir.

Bolşevik işğalını və yeni qurulan Şura hökumətini qəbul etməyən Antisovet üsyanlarının təşəbbüskarları Gəncədəki milli ordu qüvvələri oldu. Onlar Sovet hakimiyyətinin ilk ayında Qızıl Ordu hissələrinə qarşı silahlı çıxışlara başladılar. 1800 nəfərlik Gəncə qarnizonu mayın 28-dən 29-na keçən gecə üsyan qaldırdı. Üsyan bolşevik ordusuna minlərcə itki verdirdi. Üsyançıların arasında görkəmli ictimai-siyasi xadimlər var idi: general-mayor Məhəmməd Mirzə Qacar, general-mayor Cavad bəy Şıxlinski, polkovnik Cahangir bəy Kazımbəyov qətlə yetirildi. Həbs edilmiş məşhur generallar Əliağa Şıxlinski və Səməd bəy Mehmandarov daha sonra Nəriman Nərimanovun təkidi sayəsində azad edilsələr də, ümumilikdə onlara qarşı çıxan üsyançılar tutulub, XI Ordu qərargahına gətirərək sorğu-sualsız güllələndilər. Azərbaycan ordusunun 21 generalından 15-i bolşeviklər tərəfindən güllələnib. Gəncə üsyanından sonra və baş verən qətliamların fonunda Milli Ordunun Bərdədə yerləşən hissəsində əsgər və üsyançıların bəziləri gizlincə silahı atıb evlərinə və xaricə getsələr də, 4 nəfər zabit və 28 nəfər əsgər son qanlarına qədər döyüşməyə and içirlər. Gəncə üsyanını amansızlıqla yatırmış bolşevik ordusu artıq əsas qüvvəsini Qarabağ cəbhəsinə yönəltmişdi. İyunun 9-da Levandovski irimiqyaslı əməliyyata başlamaq haqqında əmr imzaladı. Şteygerin 32-si diviziyasına, zirehli avtomobil dəstəsinə, müsəlman-fəhlə dəstəsinə, Velikanovun 20-ci diviziyasının 1-ci briqadasına, Vodopyanovun 2-ci süvari korpusuna, Lunkeviçin aviasiya dəstəsinə Yevlaxdan və Bərdədən hücuma keçib, Tərtər-Lənbəran xəttini tutmaq tapşırıldı. Krivonosun 94-cü atıcı briqadası Gəncə-Şamxor yolunu kəsdi. Goran stansiyasına nəzarət gücləndirildi. Gorus tərəfdə isə Dronun və Njdenin daşnak dəstələri dayanmışdı. Beləliklə, üsyançıları Ağdamdan və Şuşadan çıxarmaq, Araza doğru sıxışdırıb məhv etmək planlaşdırılırdı.

İyunun 10-da səhər saat 6-da əməliyyat başlandı. Həlledici rolu güclü sovet artilleriyası və xüsusilə Lunkeviçin aviasiya dəstəsinin bombardmanları oynadı. Azərbaycanlıların Şəki və Tatar alaylarının, kapitan Abdulla bəy Yansupovun dağ batareyasının qalıqları Ağdama tərəf çəkildi. Döyüşlərin 3-cü günü, iyunun 12-si axşam bolşeviklər Ağdama girdilər. Şəhərin sağ qalmış müdafiəçiləri İranla sərhəd Cəbrayıl qəzasına sıxışdırıldılar. Milli Ordu hissələrinin müqavimət gücünü itirdiyini bilirdi. Buna baxmayaraq, ciddi müqavimətlə qarşılaşan bolşevik qoşunlarının Şuşaya çatması üçün daha 3 gün lazım oldu. XI Ordu hissələri iyunun 14-də Xankəndini tutdu, 15-də Şuşaya girdi. Qarabağda repressiyaların 2-ci, daha ağır dalğası, kütləvi həbslər, qətllər başladı. 1920-ci il iyunun 15-16-da Bərdədə, Şuşada, Ağdamda, Qaryagində iki həftədən çox davam edən döyüşlərdə Qarabağ dəstəsi şəxsi heyətinin 80 faizə qədərini itirdi. Sağ qalanlar son dəfə Arazın sahilində toplaşdılar. Burada Vətən bitirdi. “32-lərin dastanı” da sona yetirdi. Onlar silahlarını götürüb Arazı keçdilər, İrandan Türkiyəyə üz tutdular və orada Mustafa Kamal Paşanın ordusuna qoşularaq Türkiyənin istiqlal savaşında iştirak etdilər.

Hələ XX əsrin 70-ci illərinin əvvəllərindən başlayaraq Azərbaycanda milli ordu quruculuğu prosesi, onun formalaşması ulu öndər Heydər Əliyevin adı və zəngin fəaliyyəti ilə bağlıdır. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ordu quruculuğu, milli zabit kadrların hazırlığı məsələlərini daim önə çəkib. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1971-ci ildə Bakı şəhərindəki 2 saylı 8 illik internat məktəbinin bazasında ixtisaslaşdırılmış internat məktəbi yaradılmış, məktəbə diviziya komandiri, general C.Naxçıvanskinin adı verilmişdir. Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra 1991-ci ilin sentyabrında Ali Sovetin qərarı ilə Müdafiə Nazirliyi, oktyabrın 9-da isə qarşıdakı 3 ay ərzində Azərbaycan Silahlı Qüvvələrinin yaradılması barədə qərar qəbul edildi. 1992-ci ildə Azərbaycan Müdafiə Nazirliyinin komandanlığının rəhbərliyi altında desant qoşunları yaradıldı və Xəzərdə hərbi donanmanın komplektləşdirilməsi başa çatdı. 1997-ci il noyabrın 24-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təhsil müəssisəsi C.Naxçıvanski adına Hərbi Lisey adlandırılmışdır. Azərbaycan müstəqillik əldə etdikdən sonra hərbi liseyin məzunları ordunun yaranmasında, Vətənin ərazi bütövlüyünün qorunması uğrunda mübarizədə həmişə ön cəbhədə olmuşlar.

Azərbaycanda vahid komandanlığa əsaslanan nizami və mütəşəkkil, ən əsası müstəqilliyə və dövlətçiliyə qarşı yarana biləcək hər hansı təhlükənin qarşısını almağa qadir ordunun yaradılması Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidi ilə təkrar hakimiyyətə qayıdışından sonra mümkün oldu. Başlanğıcını 1993-cü il noyabrın 2-də Ulu Öndərin xalqa müraciətindən götürən və hərb tariximizə Heydər Əliyevin müasir ordu quruculuğu kimi düşən bu dönəmin ilkin çağlarında yeni yaradılan və vahid komandanlığa tabe olan hərbi birləşmələr, nəinki Ermənistanın güclənən hücumlarının qarşısını böyük mətinliklə aldı, hətta Horadiz əməliyyatı ilə çoxsaylı yaşayış məntəqələrini, strateji əhəmiyyət kəsb edən yüksəklikləri düşməndən azad etdi. Prezident Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanına əsasən, 26 İyun – Silahlı Qüvvələr Günü elan edildi. Hər il xalqımız bu günü böyük təntənə ilə qeyd edir. Ulu Öndər həmin Fərmanı imzalamaqla tarixi həqiqətin və milli ordu quruculuğunda varislik ənənələrinin bərpası istiqamətində çox gərəkli bir addım atdı. 1998-ci il iyunun 25-də Azərbaycan Ordusunun yaradılmasının 80 illiyinə həsr olunmuş təntənəli yubiley mərasimində Ulu Öndər bu barədə deyirdi: “Biz 26 iyun gününü bayram elan etmişik. Bu, tam əsaslıdır, məqsədəuyğun, qanunauyğundur. Çünki 80 il bundan öncə məhz bu gün Azərbaycan Xalq Cümhuriyyətinin – ölkəmizin müstəqilliyini elan edən Xalq Cümhuriyyətinin, müstəqil Azərbaycanı qurub-yaradan, hələ Gəncədə fəaliyyət göstərən hökumətin ilk addımlarından biri Azərbaycanın Milli Ordusunun yaranması haqqında verdiyi qərar olmuşdur. Həmin qərara, addıma böyük hörmət əlaməti olaraq biz 26 iyun gününü Azərbaycanın Silahlı Qüvvələri, ordusu günü elan etmişik”. Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycan ordusunun daha da qüdrətlənməsi istiqamətində apardığı böyük işlər dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Ordusunun maddi-texniki təchizatı ən yüksək səviyyədədir.

Azərbaycan Ordusunun tarixində ən böyük silah anlaşması isə 2012-ci ildə baş tutub. Həmin ilin fevral ayında İsrailin "Israeli Aerospace Industries (IAI)" adlı iri hərbi-sənaye şirkəti Azərbaycana pilotsuz kəşfiyyat təyyarələrinin ən yeni versiyalarının və ən müasir Hava Hücumundan Müdafiə Sistemlərinin satılmasına dair 1.6 milyard dollarlıq müqavilə bağlayıb. İsraildən düşmən hədəflərinə dəqiq raket zərbələri endirə bilən böyük pilotsuz kəşfiyyat təyyarələri “Heron”ların, habelə hava və raket hücumundan etibarlı müdafiəni təmin edən HHM sistemlərinin alınması Azərbaycan ərazisini ballistik raket zərbələrindən müdafiəsini təmin etdi. 2008-2012-ci illərdə dövlət büdcəsindən ölkənin müdafiə qüdrətinin artırılması və silahlı qüvvələrin maddi-texniki təminatının yenilənməsinə 12 milyard ABŞ dollarından artıq vəsait yönəldib. Azərbaycan müdafiə sektoruna dövlət büdcəsindən yönəltdiyi vəsaitin həcminə görə Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrini 4 dəfəyə yaxın üstələyib. Ötən dövrdə əsas diqqət ordunun maddi-texniki təchizatının yenilənməsi, infrastruktrun yaradılması, hərbçilərin məvaciblərinin artırılması, mənzil təminatının yaxşılaşdırılması, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsinə yönəldilib. Bu dövrdə silah və hərbi texnikaların satın alınmasına dair Ukrayna, Rusiya, Belarus, Türkiyə, İsrail, CAR, Serbiya, Avstriya və s., hərbi məhsulların istehsalına dair Ukrayna, Belarus, Türkiyə, CAR, Polşa, İordaniya kimi ölkələrlə müqavilələr imzalanıb. Ordu müasir hərbi döyüş vasitələri ilə təmin olunub. Ən əsası isə bütün bu texnika və silahlardan peşəkarlıqla, bacarıqla, inamla, effektiv istifadəyə qadir olan Azərbaycan hərbçiləri də hazırlanıb. Bütün bunları gördükdən, bildikdən sonra əminliklə deyə bilərik ki, müasir silahlarla, texnoloji avadanlıqlarla təchiz edilən ordumuz qısa müddətdə döyüş vəziyyətinə gətirilməklə, günün istənilən saatında və istənilən iqlim şəraitində döyüş tapşırıqlarını maksimal səmərəli icra etmək gücünə və imkanına malikdir. Bunu 2016-cı ildəki Aprel döyüşləri də sübut etdi. Dördgünlük müharibə erməni mif və utopiyalarını alt-üst etdi. Erməni ordusu Qafqazın ən böyük ordusu qarşısında aciz qaldı.

Bölgədə ən qüdrətli orduya malik Azərbaycanın Mərkəzi və Şərqi Avropa ölkələri ilə əməkdaşlığının inkişaf etdirilməsi məqsədilə NATO tərəfindən yaradılmış Şimali Atlantika Əməkdaşlıq Şurasına daxil olması, “Sülh Naminə Tərəfdaşlıq” proqramına qoşularaq hərbi təlimlərdə iştirak etməsi nizami ordumuzun NATO standartları səviyyəsində hazırlıqlı olduğunun göstəricisidir. Azərbaycan zabitlərinin beynəlxalq standartlara cavab verən xidmətlərinin beynəlxalq hərbi ekspertlər tərəfindən yüksək qiymətləndirilməsi hər bir azərbaycanlıda qürur hissi doğurur. Bu baxımdan, inamla demək olar ki, NATO ilə Azərbaycan arasında əməkdaşlığın getdikcə daha da güclənməsi ölkəmizdə orduya göstərilən diqqət və qayğının nəticəsidir. Hərbi qulluqçuların sosial müdafiəsini gücləndirmək, onların məişət şəraitini yaxşılaşdırmaq məqsədilə də mühüm layihələr icra olunur. Azərbaycan Ordusunun şəxsi heyətinin sosial şəraitinin yaxşılaşdırılması məsələsinə xüsusi diqqətlə yanaşan Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə çox mühüm və ardıcıl tədbirlər həyata keçirilir. Əlverişsiz, köhnə hərbi hissələr daha müasir dünya standartlarına cavab verən yeni hərbi şəhərciklərlə əvəz olunur. Bəzi hərbi hissələrdə təmir-bərpa işləri aparılır. Bu da şəxsi heyətin döyüş, mənəvi-psixoloji və digər hazırlıqlarının artırılmasına güclü təkan verir. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin cəbhə bölgələrinə səfərləri zabit və əsgərlərimizin döyüş əzmini artırmaqla xalq-ordu birliyini daha da möhkəmləndirir.

Azərbaycan ordusunun 2016-cı ilin Aprelin əvvəllərində Qarabağda Lələtəpə yüksəkliyi və ötən ilin mayında Naxçıvanda həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatlarında düşmən işğalında olan ərazilərimizin bir hissəsi, bəzi strateji əhəmiyyətli yüksəkliklər azad edildi. 2018-ci ildə Bakının işğaldan azad olunmasının 100 illiyi ilə əlaqədar Azadlıq meydanında keçirilən hərbi parad da ölkəmizin müdafiə qabiliyyətinin göstəricisi və dövlətimizin hərbi gücünün təsdiqi kimi tarixə düşdü. Azərbaycanda ordu dövlət üçün prioritetdir, ordu quruculuğuna fasiləsiz, dönməz diqqət var. "Hərbi qulluqçuların vəzifə maaşlarının artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı bu diqqətin təzahürüdür. Son illərdə həyata keçirilən irimiqyaslı islahatlar, genişmiqyaslı təlimlər, ən yüksək texnikalarla və qurğularla təchizat, ümumən hərtərəfli diqqət və qayğı şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının səviyyəsini nəzərəçarpacaq dərəcədə yüksəldilməsinə və Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində tarixi zəfər qazanmasına səbəb oldu. Şuşanın azad edilməsi üçün Azərbaycan Ordusunun keçirdiyi hərbi əməliyyat dünya hərb tarixinə yazıldı. Hər tərəfi sıldırım dağlarla əhatə olunan Şuşa əlləri və dırnaqları ilə yüksəkliyi aşıb şəhərə girən əlbəyaxa döyüş də daxil olmaqla misli görünməmiş qəhrəmanlıqlar nümayiş etdirən Azərbaycan əsgərlərinin gücü və vətənpərvərliyi hesabına azad olundu. 2023-vü ilin sentyabrında Azərbaycan Ordusunun keçirdiyi lokal xarakterli antiterror əməliyyatları nəticəsində isə Xankəndi, Xocalı, Ağdərə, Əskəran və bütün Qarabağ erməni separatizmindən təmizləndi.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dediyi kimi: "Azərbaycan güclü dövlətdir və onun güclü ordusu vardır”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Cənub-Şərqi Avropanın biznes və texnologiya liderləri Buxarestdə bir araya gəlib

Azərbaycana sərmayələrin artması ölkədəki iqtisadi sabitliyi göstərir ŞƏRH

Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir

Nərgiz Cabbarlı: Xaqani irsinin daha dərindən tədqiqinə və geniş təbliğinə ehtiyac var

Azərbaycan nümayəndə heyəti Çində pambıqçılıqda innovativ əkin və avtomatlaşdırılmış yığım texnologiyaları ilə tanış olub

Fransada lisey şagirdlərinin etirazları genişlənir

HTP qalibi: Mərakeşdə psixologiya üzrə təhsil alacaq ilk azərbaycanlı tələbə olacağam

Naxçıvanda alternativ və bərpaolunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı artıb

Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub

Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub

Kreml: Rusiya İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmayacağına ümid edir

Üçrəngli Bayrağımızı Talış kəndində sancan şəhid

Azərbaycanlı sürrealist rəssamın əsərləri İspaniyanın "People Art Factory" layihəsində

Millinin futbolçusu: Şotlandiya ilə oyunda xal və ya xallar qazanmaq üçün əlimizdən gələni edəcəyik

Tədqiqatçılardan xəbərdarlıq: İnformasiya müxtəlifliyi azala bilər

Sərdar Ünsal: 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsidir

Kimya İnstitutunda hidrogen enerjisi və yeni nəsil materiallar üzrə tədqiqatlar aparılır

Qlobal investorların İkinci Beynəlxalq Forumda iştirakı ölkəmizin investisiya mühitinə etimadı artırır

Avropada qaz anbarlarının doluluq nisbəti ilin bu dövrü üçün ən aşağı səviyyədədir

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Qazaxıstan ordu haqqında sosial şəbəkələrdə yayılan feyk kadrları təkzib edib

® Gömrük və səhiyyə işçilərinin davranış standartları barədə danışılıb

Soner Kılıç: Azərbaycan-Türkiyə turizm əməkdaşlığının genişləndirilməsi yeni iqtisadi imkanlar yaradır

Bu il su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması istiqamətində görülmüş işlər açıqlanıb

Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib

Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb

Süni mayalanma və embrion köçürülməsi ilə əldə edilən buzov və balağlara görə yeni subsidiya mexanizmi tətbiq olunur

FIFA prezidenti Bakıda U-15 dünya çempionatı və festivalına hazırlıq işləri ilə tanış olub

Bakı ilk dəfə CAMCA Regional Forumuna ev sahibliyi edəcək

Azərbaycanın investor rolunun güclənməsi xarici siyasət üçün də əlavə alətlər yaradır - ŞƏRH

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA

Azərbaycan dili Sofiyada keçirilən Dillər Yarmarkasında təqdim olunub

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Paytaxtın bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

AZAL-ın ixrac gəlirləri açıqlanıb

® Azərbaycanın kibertəhlükəsizlik üzrə komandası ilk dəfə “WorldSkills Shanghai 2026”da medal qazanıb

Dayanıqlı inkişaf və gələcəyin yaşıl şəhərləri: BDU-da gənclərin forumu

Professor: Tədqiqatların real sektora tətbiqi üçün əlaqələndirici mexanizmlərin gücləndirilməsinə ehtiyac var

Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib VİDEO

Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib VİDEO

“AzərEnerji”nin ixrac gəlirləri 66 faiz artıb

“AzerGold”un ixrac gəlirləri 22 faiz artıb

NTD üç yerli basketbolçu transfer edib

Azərbaycanın qızıl ixracından gəlirləri 29 faizədək artıb

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

Gömrük əməkdaşları 4 milyon dollarlıq brilyant qaşların Azərbaycana qanunsuz gətirilməsinin qarşısını alıb

Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq

BDU-da tələbələr üçün CPR və ilkin yardım üzrə sessiya təşkil edilib

Vətən müharibəsi Azərbaycanın beynəlxalq nüfuzunu yeni mərhələyə qaldırdı - ŞƏRH

SOCAR-ın idarəsi 207 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib

Argentina Folklend adalarında neft kəşfiyyatı aparan Britaniyanı məhkəməyə verəcək

“Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb

Gənc alim: Çin-Azərbaycan ədəbi əlaqələri humanitar dialoqun dərinləşdirilməsinə töhfə verir

“SOCAR Polymer”in ixrac gəlirləri açıqlanıb

Fransada dövlət sektorunda ümummilli tətil keçirilir

Mövcud potensialı daha çox qeyri-neft sektoruna yönəltmək iqtisadi şaxələndirməni sürətləndirəcək - ŞƏRH

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün ölkəmizə gətirilib

NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib

Akşin Əlili: Sudaboğulma hadisələri qeyri-çimərlik ərazilərində baş verib

ADA Universitetində şanlı Zəfər tariximiz “Zəfər rəqsi” filminin nümayişi ilə anılıb

UEFA Millətlər Liqası: Azərbaycan – Lixtenşteyn oyunu avstriyalı hakimlərə tapşırılıb

Bu il subasma səbəbindən köməksiz vəziyyətdə qalan 1351 vətəndaş təxliyə olunub

Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib VİDEO

Türkiyənin TPAO şirkəti gündəlik neft hasilatını 1 milyon barelə çatdırmağı planlaşdırır

Dizelin qiymətindəki artım istehsal və daşınma zəncirinin bütün mərhələlərinə təsir göstərir

Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar

Bu il FHN-in xilasetmə qurumları tərəfindən 64 nəfərin cəsədi suda tapılıb

Azərbaycan və Qazaxıstan beynəlxalq təhsil proqramları sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycanın maliyyə bazarlarının beynəlxalq maliyyə sisteminə inteqrasiyasının təşviqi nəzərdən keçirilib

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 29 sentyabr

“Xalqın Gücü” partiyasının üzvü: Dünya Bankı və AİİB Orta Dəhliz çərçivəsində Gürcüstana yüz milyonlarla dollar ayırır

Lənkəranda sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub

TÜMER sədri: Azərbaycan Türk dünyasının birliyinin əsas aktorlarından biridir

Dövlət Xidmətinin rəsmisi: Bu il su hövzələrində xilas edilənlərin sayı artıb

Azərbaycanda “Cisco” akademiyasının yaradılması nəzərdən keçirilir

Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır

“Open AI” təhlükəsizlik problemi səbəbindən süni intellektin yeni modelinin buraxılışını təxirə salıb

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı regionların sosial-iqtisadi inkişafına yeni imkanlar açacaq - ŞƏRH

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb VİDEO

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb VİDEO

İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir

BMT: Maliyyə böhranı 8,3 milyon qaçqın və məcburi köçkünü yardımdan məhrum edə bilər

NASA “Boeing Starliner” kosmik gəmisinin pilotlu uçuşunu 2028-ci ilə planlaşdırır

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb

Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

Sülhün təminatı xarici sərmayəni artıracaq - ŞƏRH

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır VİDEO

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır VİDEO

Formula 1 Azərbaycan Qran-Prisinin 2025-ci il qalibinə “Azərxalça”nın xalçası təqdim olunub

Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyəcək

Folklor İnstitutu “Zəfər salnaməsi: qəhrəmanlıq və milli yaddaş” mövzusunda tədbir təşkil edib

Ekspert: Süni intellekt Azərbaycan şirkətləri üçün strateji alətə çevrilir

“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub

Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır

Ədliyyə Nazirliyinin nümayəndələri beynəlxalq təlimdə iştirak ediblər

İnvestisiya qoyuluşu nəticəsində yaradılan iqtisadi fəaliyyət dövlət büdcəsi üçün gəlir mənbəyi yaradır - ŞƏRH