AZƏRBAYCANDA QUŞ QRİPİNİN PROFİLAKTİKASI ÜÇÜN ƏLAQƏLİ İŞ APARILIR
Ekologiya və təbii sərvətlər, kənd təsərrüfatı, səhiyyə nazirlikləri Azərbaycanda quş qripinin profilaktikası üçün idarələrarası əlaqəli iş aparırlar. Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov jurnalistlərin xəstə quşların Rusiyanın Həştərxan vilayəti ərazisindən Azərbaycana daxil olması ehtimalı barədə suallarına cavabında demişdir: “Köçəri quşların Abşeron, Şirvan, Ağgöl milli parklarında, Qızılağac qoruğunda, Xəzərin sahilyanı zonalarındakı kütləvi miqrasiya yerlərində aparılan iki seromonitorinq zamanı quşların bu təhlükəli bəlaya yoluxması faktları aşkar edilməmişdir”.
Hazırda ölkəmizdə növbəti seromonitorinq keçirilir. Onun yekunlarına görə, quş ovuna qadağa qoyulması müddətinin uzadılması barədə qərar qəbul oluna bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]