Azərbaycanda turizm sahəsində GİS sistemi fəaliyyətə başlayacaqdır
Bakı, 17 yanvar (AZƏRTAC). Azərbaycanın “Sinam” informasiya texnologiyaları şirkəti turizm sahəsində geoinformasiya sisteminin (GİS-sistem) yaradılması üzrə işləri başa çatdırır.
Sistem yaxın bir neçə həftə ərzində tam fəaliyyətə başlayacaqdır.
Geoinformasiya layihəsi çərçivəsində istifadəçilər ölkəmizin ərazisindəki turizm obyektləri barədə məlumat əldə edəcəklər.
Şirkətdən AZƏRTAC-a bildirmişlər ki, layihədə qlobal mövqe sistemi (Global Position System - GPS) fəaliyyət göstərəcək, turizm obyektləri GPS sistemi ilə təchiz olunacaqlar. Bu, həmin yerlərin koordinatlarını dəqiq müəyyən etməyə imkan verəcəkdir.
Hazırda GİS sistemindən hərbi, ekologiya, kənd təsərrüfatı, tikinti, faydalı qazıntıların işlənməsi və hasilatı kimi sahələrdə istifadə olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]